Prime Accessories

Satış məsləhətçisi

Prime Accessories
600 - 900 ₼
6740
Tam iş günü
Bakı, Azərbaycan
02.06.2025 00:00 - 02.07.2025 00:00

İş haqqında məlumat

İşçilərimizin şirkət daxili karyera yüksəlişi əldə etmələri səbəbi ilə yaranmış vakansiyalarımıza və Yeni açılacaq filiallarımız üçün komanda yoldaşları axtarışındayıq, bizimlə birgə sizlər də dəyər yaratmaq istəyirsinizsə vakansiyaya müraciət edərək siz də Prime ailəsinin bir üzvü ola bilərsiniz!

Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. 

Hansı işləri görəcəksiniz:

  • Filiala daxil olan müştəriləri qarşılamaq, istəklərini öyrənmək və ona uyğun məhsullar təklif etmək;
  • Kompaniyalar haqqında müştəriyə məlumat vermək;
  • Satışı həyata keçirtmək;
  • Mağazadakı məhsullar haqqında məlumatlı olmaq, daim öyrənməyə və inkişafa meyil etmək, şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək

Biz sizə nələr təklif edirik:

  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • 6 günlük növbəli qrafikdə iş rejimi (10:00-18:00, 12:00-20:00, 14:00-22:00);
  • Satış sahəsində nailiyyətlərə görə əmək haqqından əlavə bonuslar;
  • Fix 400 Azn və faizdən ibarət əmək haqqı sistemi(Aylıq gəlir: 600 – 900 Azn).

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyera qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Satış məsləhətçisi” başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərsiniz. 

 

 

 

Tələblər

  • İnandırma qabiliyyəti;
  • Gülərüzlü, ünsiyyətcil;
  • Satış sahəsində iş təcrübəsi min. 6ay;
  • Komandada işləmə bacarığına sahib;
  • Nitq mədəniyyəti;
  • 18-27 yaş aralığı xanım namizədlər;
  • Tələbələr üçün uyğun deyil.


Oxşar vakansiyalar