Bakı,
Azərbaycan
21.06.2025 19:13
-
21.07.2025 12:00
İş haqqında məlumat
- Şirkət tərəfindən təqdim edilən elektronika məhsullarının (mobil telefonlar, məişət texnikası, komputer və aksessuarlar və s.) effektiv satışını həyata keçirmək;
- Müştəriləri qarşılamaq, ehtiyaclarını öyrənmək və onlara uyğun məhsullar təklif etmək;
- Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək;
- Satışın rəsmiləşdirilməsi üçün lazımi sənədləşməni həyata keçirmək;
- Gündəlik və aylıq satış planlarını yerinə yetirmək və aşmaq üçün aktiv çalışmaq;
- Nağd və ya kreditlə satış prosedurlarına riayət etmək;
- Satış sonrası xidmət göstərmək, müştəri şikayət və sorğularını cavablandırmaq;
- Müştərilərin şikayətlərini operativ həll etmək və ya aidiyyəti şöbəyə yönləndirmək;
- Müştərilərin üstünlükləri və bazar tələblərini təhlil edərək satış texnikalarını təkmilləşdirmək üçün təkliflər vermək;
- Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək;
- Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək;
- Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq;
- İş qrafiki: 6 günlük iş qrafiki.
Tələblər
- Ali və ya orta ixtisas təhsili.
- Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır.
- Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.
- Azərbaycan dili sərbəst, rus və ingilis dillərini bilmək üstünlükdür.
- MS Office proqramları (Word, Excel) və 1C proqramlarını bilmək.
- Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.
- Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı.
- Problemləri həll etmə və qərarvermə bacarığı.
- Komanda ilə işləmə və təşəbbüskarlıq.