Santral Elektrik LTD

Satış təmsilçisi

Santral Elektrik LTD
700 ₼
1642
Tam iş günü
Bakı, Azərbaycan
05.08.2025 05:07 - 05.09.2025 12:00

İş haqqında məlumat

  • Müştəriləri qarşılayıb onlara məhsul haqqında ətraflı məlumat vermək, onların ehtiyaclarına uyğun seçim etmələrinə kömək etmək;
  • Aylıq satış planlarını və hədəfləri yerinə yetirmək üçün aktiv şəkildə işləmək;
  • Məhsul təqdimatı zamanı müştərin diqqətini cəlb edərək satışları artırmaq;
  • Müştərilərə həm məhsul haqqında, həm də mağazadakı digər xidmətlər barədə məlumat vermək;
  • Müştərilərlə yaxşı münasibət qurmaq, onların məmnuniyyətini təmin etmək və təkrarlanan alış-verişi təşviq etmək;
  • Mağaza daxilində məhsul yeri, qaydalar və digər vacib prosedurlara riayət etmək;
  • Satış hədəflərinə çatmaq üçün rəhbərliyə müntəzəm olaraq hesabat təqdim etmək;
  • Təsadüfi problemləri doğru şəkildə həll etmək və rəhbərliyə bildirmək;
  • Satış sonrası müştəri dəstəyi təmin etmək, məhsul qaytarılması və ya dəyişdirilməsi ilə bağlı prosesləri izləmək;
  • Nizam – intizam qaydalarına və şirkət daxili tədbiq edilən prosedurlara riayət etmək;
  • Birbaşa rəhbərin tapşırıqları əsasında aidiyyatı funksiyaları icra etmək. 

İş Barədə Məlumat:

  • İş qrafiki: 6 günlük rəsmi iş qrafiki ;
  • Ünvan: 13 Hüseyn Cavid Prospekti;
  • Əmək haqqı: 700 azn + bonus.

KOMPETENSİYALAR

  • Kompetensiya          Səviyyə;
  • Ünsiyyət bacarığı       Yüksək;
  • Müştəri yönümlülük     Yüksək;
  • Məhsul və satış bilikləri     Yüksək;
  • Stressə davamlılıq    Orta;
  • Komanda ilə işləmək   Orta/Yüksək.

CV-lərinizi “Satış təmsilçisi” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • Təhsili: Orta texniki və ya ali təhsil;
  • İş təcrübəsi: minimum 2 il ;
  • Hesabat verdiyi şəxs: Bölmə rəhbəri / Mağaza müdiri.


Oxşar vakansiyalar