Bakı,
Azərbaycan
26.08.2025 10:30
-
26.09.2025 12:00
İş haqqında məlumat
- Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
- Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq;
- Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
- Yeni məhsulları tanıtmaq;
- Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar) uyğun şəkildə istifadə edilməsini təmin etmək;
- Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onlara nəzarət;
- Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
- Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Fix və Satışa görə bonus;
- Yemək pulu, yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi;
- İş qrafiki: 6 günlük iş həftəsi, bazar günü istirahət.
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Satış təmsilçisi” yazmaqla Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Wp +994 55 900 05 51
Tələblər
- Minimum təhsil dərəcəsi: Orta-ixtisas;
- Komputer bilikləri: MS Office – Başlanğıc səviyyədə;
- Dil bilikləri: Azərbaycan dili – Əla;
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması və şəxsi avtomobilin olması mütləqdir;
- Təcrübə: Minimum 1 il satış təcrübəsi.
Fərdi keyfiyyət göstəriciləri:
- Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- Planlaşdırma və problem həll etmə bacarığı;
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək.