Bakı,
Azərbaycan
16.04.25
-
16.05.25
İş haqqında məlumat
- Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əlaqələr qurmaq;
- Satış komandası üçün hədəflər müəyyənləşdirmək və onların icrasına nəzarət etmək;
- Otelin gəlirliliyini artırmaq məqsədilə korporativ və fərdi müştərilər üçün xüsusi təkliflər hazırlamaq;
- Rəqib otelləri və bazar trendlərini araşdırmaq, satış strategiyalarını bu məlumatlara uyğun olaraq inkişaf etdirmək;
- Yerli və beynəlxalq tədbirlərdə iştirak etmək;
- OTA (Online Travel Agencies), DMC (Destination Management Companies) və digər tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək;
- Müxtəlif şöbələrlə sıx əməkdaşlıq edərək satış və marketinq strategiyalarını uyğunlaşdırmaq;
- Könüllü tibbi sığorta;
- Hilton otellərində yalnız sizin üçün deyil, həmçinin ailə üzvləriniz və dostlarınız üçün də endirimli qalma imkanı – ilk iş günündən etibarən!
- TABİA Qrupuna daxil olan otel və SPA mərkəzlərində endirimlər;
- Təlim və inkişaf proqramlarında iştirak imkanı.
Tələblər
- Otelçilik və ya satış sahəsində minimum 5 il təcrübə, o cümlədən rəhbərlik təcrübəsi;
- Azərbaycan, İngilis və Rus dillərində sərbəst ünsiyyət bacarığı;
- Satış və danışıqlar aparma bacarığı, müştəri yönümlü düşüncə tərzi;
- Analitik düşüncə və strateji planlama qabiliyyəti;
- Qonaqpərvərlik sektorunda müasir satış və marketinq alətləri üzrə biliklər;
- Komandaya liderlik etmək və motivasiya vermək bacarığı.