Bakı,
Azərbaycan
08.09.2025 20:06
-
08.10.2025 12:00
İş haqqında məlumat
- Müştərilərlə danışıqların aparılması, əmlaklara tanış olmaq, müqavilələrin imzalanması, şirkətin bazası ilə işləmək;
- Yeni müştəri bazasının yaradılması - potensial müştərilər üçün axtarış, daşınmaz əmlakın axtarışı və seçilməsi, müqavilələrin imzalanması, əməliyyatların dəstəklənməsi;
- Məsuliyyətli və məqsədyönlü, müştərilərə korporativ standartlara uyğun aktiv xidmət göstərmək;
- Yeni portfellərin alınması, sistemə yüklənməsi və ofisdəki digər əməkdaşlara tanıtımı;
- Portfellərin satılması və icarəyə verilməsi üçün təqdimatlar hazırlanması;
- Satış strategiyasının tətbiqi;
- Müştəri məmnuniyyətinin qorunub saxlanması;
- Komanda ilə iş, informasiya və təcrübə paylaşımları.
İş şəraiti: - Ofis Nərimanov rayonunda, Elm və Təhsil Nazirliyinin arxasında yerləşir;
- Ofisdə işçilər üçün hər bir korporativ şərait mövcuddur;
- İşçilər komputer və korporativ nömrə ilə təmin olunur;
- İş saatı 6 günlük, saat 10:00-dan 18:00'a kimidir. Bazar günü istirahət günüdür;
- Əmək haqqı fix olaraq 600 AZN və satışdan 40 % təşkil edir;
- Yaxşı satış etməyi bacaranlar ortalama 3000+ qazana bilər;
- İş rəsmidir və öyrədilir;
- Sınaq müddəti 3 ay təşkil edir və bu müddətdə işçilərə fix maaş və satışdan 40 faiz tətbiq edilir;
- Mərkəzdə yerləşən ofis, peşəkarlar qrupu və geniş məlumat bazası, öz iş gününüzü planlaşdırmağa və iş prosesini aktiv, sabit və uğurlu hala gətirməkdə kömək edəcəkdir;
Müraciət üçün CV-nizi və ya qısa məlumatlarınızı "Satış üzrə mütəxəssis" başlığı altında [email protected] adresinə göndərməyiniz xahiş olunur.
Tələblər
- Xanım və bəy namizədlər;
- Yaş: 25-35;
- Ali təhsilli;
- Əmlak satışı və kirayəsi sahəsində minimum 1 il iş təcrübəsi;
- Əla ünsiyyət və kommunikasiya bacarığı;
- Müştəriyönümlü satış etmək bacarığının olması;
- Çevik, öyrənməyə həvəsli, inkişafa meyilli;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq qabiliyyətinin olması;
- Rus və ingilis dil biliklərinin olması arzuolunandır;
- Şəhəri yaxşı tanımalı;
- Şəxsi avtomobilinin olması arzuolunandır;
- Xarici görünüşünə önəm verməli.