İnomarka..az

Satış və Biznesin İnkişafı üzrə Rəhbər

İnomarka.az
Ə/h razılaşma ilə
1203
Tam iş günü
Bakı, Azərbaycan
04.06.2025 09:54 - 04.07.2025 12:00

İş haqqında məlumat

  • Amerika, Cənubi Koreya və Çin ikinci əl avtomobil bazarlarının inkişaf etdirilməsi;
  • Gömrük, loqistika, broker, trade-in və s. kimi əlavə xidmətlərin inkişaf etdirilməsi;
  • Bazar və rəqib analizlərinin aparılması, bazar payının artırılmasına dair tədbirlərin görülməsi;
  • Müxtəlif bazar seqmentlərinə uyğun satış modellərinin hazırlanması və tətbiqi;
  • Aylıq və illik satış planlarının və hədəflərinin müəyyən olunması;
  • Satış strategiyasının hazırlanması və mərhələli icrası;
  • Müştəri münasibətlərinin idarə edilməsinə nəzarət, CRM yanaşmasının təkmilləşdirilməsi;
  • Lizinq və tərəfdaş şirkətlərlə əməkdaşlığın genişləndirilməsi;
  • Satış komandası üçün KPI-ların müəyyən olunması və icrasına nəzarət;
  • Marketinq komandası üçün satışa dəstək məqsədli təklif və briflərin hazırlanması;
  • Əsas və strateji B2B müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması;
  • Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın təmin edilməsi;
  • İtirilmiş müştərilərin yenidən qazanılması üçün strategiyaların hazırlanması;
  • Satış göstəricilərinin analizi və rəhbərliyə dövri hesabatların təqdim olunması;
  • Əməkhaqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: Həftə içi 5 gün (10:00–19:00), 6-cı günlər dəyişkən qrafiklə;
  • İş yeri: Ağ Şəhərdə yerləşən ofis;
  • Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Satış və Biznesin İnkişafı üzrə Rəhbər) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərin.

Tələblər

  • Ali təhsil (biznesin idarə olunması, marketinq və ya əlaqəli sahələr üzrə);
  • Avtomobil satışı sahəsində minimum 3–5 illik rəhbər vəzifə təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili — Upper Intermediate səviyyəsində;
  • MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək;
  • Satış strategiyasının hazırlanması və komandada tətbiqi üzrə təcrübə;
  • Güclü liderlik, qərarvermə və problem həll etmə bacarığı;
  • Analitik düşüncə və nəticəyə yönəlik iş prinsipi;
  • İctimai çıxış və danışıqlar aparmaq bacarığı;
  • Dəqiqlik, məsuliyyət və detallara diqqət.