Aznet Technologies QSC

Satış və marketinq müdiri

Aznet Technologies QSC
2500 - 3000 ₼
7598
Tam iş günü
Bakı, Azərbaycan
23.05.25 - 23.06.25

İş haqqında məlumat

  • Şirkətin satış strategiyasını hazırlamaq və həyata keçirmək;
  • Satış komandası qurmaq, idarə etmək və motivasiya etmək;
  • Müştəri bazasını genişləndirmək, yeni müştərilər cəlb etmək;
  • Mövcud müştərilərlə əlaqələri qorumaq və inkişaf etdirmək;
  • Satış planlarını, hədəflərini müəyyənləşdirmək və yerinə yetirilməsini təmin etmək;
  • Satış nəticələrini izləmək, analiz etmək və rəhbərliyə hesabatlar təqdim etmək;
  • Bazarı analiz etmək və rəqiblərin fəaliyyətini izləmək;
  • Satış proseslərinin optimallaşdırılması və təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Qiymət siyasətinə, məhsul təqdimatına və satış kampaniyalarına nəzarət etmək;
  • Komanda üçün satış təlimləri və inkişaf proqramları təşkil etmək;
  • İş qrafiki: Həftəiçi hər gün saat 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar;
  • İşə qəbul AR Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır;
  • CV göndərilərkən məzmun yerində “Satış və marketinq şöbəsinin müdiri” qeyd olunması mütləqdir.

Tələblər

  • Təhsil: Ali (Biznez, marketinq, İdarəetmə və İqtisadiyyat sahəsində);
  •  Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
  •  Qeyd olunan sahədə minimum 3 il iş təcrübəsi mütləqdir;
  • Güclü liderlik və komanda idarəetmə bacarığı;
  • Satış texnikaları və müştəri münasibətləri sahəsində biliklər;
  • Azərbaycan dili və rus dili səlis, ingilis dili danışıq səviyyəsində arzuolunandır;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Strateji planlama və hədəf yönümlü işləmək bacarığı;
  • MS Office proqramlarını sərbəst istifadə bacarığı;
  • Müştəriyönümlü satış bacarığı.