Bakı,
Azərbaycan
01/04/2026
-
01/05/2026
İş haqqında məlumat
- SEO optimallaşdırılmış məzmunun yaradılması (məhsul təsvirləri, kateqoriyalar, blog yazıları, meta-təsvirlər);
- Açar sözlərlə işləmək (semantikanın təhlili, mətnlərə təbii şəkildə daxil edilməsi);
- Unikal və strukturlaşdırılmış mətnlərin yazılması, axtarış alqoritmləri (Google, Yandex) nəzərə alınmaqla;
- Məzmunun redaktəsi və korrektəsi, yüksək yazı keyfiyyəti və oxunaqlılığının təmin edilməsi;
- Məzmunun iki dilə (rus və azərbaycan) uyğunlaşdırılması;
- Məzmunun effektivliyinin monitorinqi (CTR, davranış faktorları, axtarışdakı mövqelər).
Əlavə məlumat:
- Əmək haqqı: 1200-1500 AZN.
- İş qrafiki I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
- İş yeri:H.Əliyev pr.152, Çinar Plaza
Tələblər
- Rus və azərbaycan dillərini bilmək (qrammatika, üslub, orfoqrafiya yüksək səviyyədə);
- İxtisas üzrə təhsil arzuolunandır (jurnalistika, filologiya, diplomatiya);
- İş təcrübəsi: SEO mütəxəssisi kimi 1 il və daha çox;
- Yaş: 22-40;
- SEO əsasları haqqında biliklər (açar sözlər, sıxlıq, LSI, uyğunluq);
- SEO alətləri ilə iş təcrübəsi (Google Search Console, GA4, Yandex.Metrics, Ahrefs, Semrush, Similarweb və s.);
- Satış mətnlərinin yazılması bacarığı (e-commerce, blog, landinq səhifələri);
- Diqqətcil olmaq və vaxtında işləmək bacarığı;
- UX-kopiraytinq prinsiplərini bilmək üstünlükdür.
Uyğun namizədlər CV fomalarını [email protected] poçt ünvanına mövzu hissədə “SEO üzrə mütəxəssis” adını qeyd edərək göndərə bilərlər.