Rashmed

Servis Koordinatoru

Rashmed
Ə/h razılaşma ilə
743
Tam iş günü
Bakı, Azərbaycan
22.07.2025 00:00 - 22.08.2025 00:00

İş haqqında məlumat

  • Servisə daxil olmuş tibbi cihazların proqram təminatında qeydiyyatını aparmaq;
  • Cihazlar üzrə ilkin vizual inspeksiyanı həyata keçirmək, görünən qüsurları qəbul vərəqində qeyd etmək;
  • Müştərilərə təmir prosesi, müddəti və şərtləri barədə məlumat vermək, cihazların təmirə qəbulunu sənədləşdirmək;
  • Təmir bölməsinə qəbul edilmiş cihazlar barədə məlumat vermək və onların təmirə təqdim olunmasını təmin etmək;
  • Təmir xidməti tərəfindən tələb olunan ehtiyat hissələrinin anbardan alınması və təhvil verilməsi prosesini idarə etmək;
  • Təmir olunmuş cihazların nəticə yoxlamasını aparmaq, qüsur aşkar edilərsə, təmir xidmətinə geri yönləndirmək;
  • Təmir aktlarını proqram təminatında formalaşdırmaq və arxivləşdirmək;
  • Ehtiyat hissələrinin mövcudluğuna nəzarət etmək, çatışmazlıq hallarında aidiyyəti üzrə məlumat vermək;
  • Servis proseslərinin düzgün sənədləşdirilməsinə və izlənilməsinə nəzarət etmək;
  • Əmək haqqı: Müsabiqə nəticələri və Müsahibə əsasında;
  • İş qrafiki: 10-18, altı günlük iş həftəsi;
  • Vəd edirik: Əmək müqaviləsi, əməkdaşlıq etdiyimiz klinikada həkim və laborator müayinə qiymətlərində müəyyən güzəştlər (ailə üzvləri daxil), nahar yeməyi.

Tələblər

  • Tibbi avadanlıqların texniki xüsusiyyətləri barədə ilkin anlayış;
  • Kompüter proqramlarında işləmə bacarığı;
  • Dəqiq və məsuliyyətli sənədləşmə aparmaq bacarığı;
  • Komanda ilə işləmə və müxtəlif struktur bölmələri ilə koordinasiya qabiliyyəti;
  • Müştəri ilə etik və nəzakətli ünsiyyət bacarığı;
  • Ingilis dili;
  • Təhsil səviyyəsi-Orta texniki və ya peşə təhsili (ali texniki təhsil üstünlükdür);
  • İş təcrübəsi-Tələb edilmir (üstünlük, tibbi texnika, anbar və Logistika sahəsində təcrübə).