Qaya Safety Solutions MMC

SƏTƏM meneceri

2200 ₼
1963
Tam iş günü
Cəbrayıl, Azərbaycan
23.04.25 - 23.05.25

İş haqqında məlumat

  • Şirkətin Cəbrayıl layihəsində təhlükəsizlik, əmək və ətraf mühit üzrə siyasətlərinin hazırlanması, tətbiqi və nəzarət olunması;
  • Şirkətin əməliyyatlarının bütün müvafiq qanun və tənzimləmələrə, ISO 45001 (Sağlamlıq və Təhlükəsizlik) və ISO 14001 (Ətraf Mühit) uyğunluğunu təmin etmək;
  • Şirkət daxilində və layihə ərazilərində SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) siyasətinin formalaşdırılması, tətbiqi və nəzarəti;
  • İşçilərin təhlükəsizlik qaydalarına riayət etməsini təmin etmək üçün nəzarət və təlim proqramlarının hazırlanması;
  • Təhlükəsizlik avadanlıqlarının düzgün istifadə olunmasını təmin etmək;
  • Əmək qanunlarına uyğunluqla bağlı siyasət və prosedurların hazırlanması;
  • İşçi hüquqlarının qorunması və əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi;
  • Əmək hüquqları ilə bağlı mütəmadi olaraq işçiləri məlumatlandırmaq;
  • Ətraf mühitə təsirlərin qiymətləndirilməsi və azaldılması üçün tədbirlərin görülməsi;
  • SƏTƏM sahəsində qanunlar və qaydalardakı dəyişikliklərdən xəbərdar olmalı;
  • Ətraf mühitin qorunması ilə bağlı proqramların hazırlanması və tətbiqi;
  • Tullantıların idarə olunması və təkrar emal proseslərinin təşkil edilməsi;
  • Potensial təhlükə və risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;
  • Risklərin azaldılması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
  • Qəza və fövqəladə hallar zamanı müvafiq tədbirlərin görülməsi və sənədləşdirilməsi;
  • İşçilər üçün mütəmadi təlim proqramlarının hazırlanması və keçirilməsi;
  • Təhlükəsizlik, əmək və ətraf mühit ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili;
  • Təhlükəsizlik, əmək və ətraf mühit üzrə məlumatların yığılması və təhlili;
  • Hesabatların hazırlanması və müvafiq orqanlara təqdim olunması;
  • Daxili audit proqramlarının hazırlanması və icrası;
  • Xarici auditlərə hazırlıq və onların keçirilməsində iştirak;
  • Əmək haqqı başlanğıc olaraq net 2200 AZN-dən başlamaqla, maaş sınaq müddətindən sonra artandır;
  • Altıgünlük iş həftəsi;
  • Sahə şəraitində işləmə imkanı.

Tələblər

  • Ali təhsil (SƏTƏM, mühəndislik, ekologiya və ya əlaqəli sahələr üzrə);
  • ISO 45001 və ISO 14001 və Beynəlxalq standartların tələbləri üzrə lazımı biliklərə və sertifikatlara malik olmalı;
  • Müvafiq sahədə ən azı 5 ildən az olmayan iş təcrübəsi;
  • Təhlükəsizlik, əmək və ətraf mühit üzrə qanunvericilik və tənzimləmələr haqqında bilik;
  • Güclü idarəetmə və liderlik bacarıqları;
  • Təlim keçmə və maarifləndirmə bacarıqları;
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • Yaxşı ünsiyyət və təşkilati bacarıqlar;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı, rus dili arzu olunandır.