AZFEN MMC

SƏTƏM Təminatı üzrə mühəndis

AZFEN MMC
Ə/h razılaşma ilə
1254
Tam iş günü
Bakı, Azərbaycan
01/04/2026 - 15/04/2026

İş haqqında məlumat

  • Layihınin bütün fəaliyyətlərinin Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (SƏTƏM) qaydalarına, standartlarına və ən yaxşı təcrübələrinə uyğun olmasından əmin olmaq.

Vəzifə öhdəlikləri

  • Prosedur tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə audit proqramının və tədbirlərin hazırlanması, həmçinin auditlərin həyata keçirilməsi;
  • Müvafiq SƏTƏM səviyyəsinin təmin edilməsi məqsədilə təminat proqramının hazırlanmasına, iş sahələrində yoxlamaların həyata keçirilməsinə və tamamlanmasına nəzarət etmək; 
  • SƏTƏM fəaliyyətlərinin izlənilməsi sisteminin mövcud olmasına əmin olmaq, yoxlamalar və təminat proqramının icrası zamanı qaldırılmış məsələlərin bağlanması prosesinə nəzarət etmək;
  • Davamlı inkişafın təmin edilməsi üçün təminat məlumatlarının təhlil edilməsi və tendensiyaların müəyyənləşdirilməsi;
  • Təminat fəaliyyətləri üzrə hesabatların hazırlanması;
  • Həftəlik təminat toplantılarının təşkili və aparılması, həmçinin toplantı protokollarının hazırlanması;
  • Zərurət yarandıqda SƏTƏMM mühəndislərinə dəstək göstərmək və iş sahələrində müşahidələr aparmaq;
  • Risklərin qiymətləndirilməsinə əsaslanan yanaşma ilə təminat proqramına yenidən baxmaq, yaranan risklər, tendensiyalar və iş məzmunundakı dəyişikliklər əsasında uyğunluğa nəzarət etmək; 
  • Prosedur tələblərinə uyğun olaraq təminat proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərlə bağlı subpodratçılarla əlaqələrin saxlanılması və subpodratçılar üzərində yoxlamaların aparılması;
  • Təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə iş sahələrində müşahidələr aparmaq və 
  • DMTS (BOSS) / TMS (SOC) kartlarını tərtib etmək; 
  • İş yerlərində SƏTƏMM üzrə yoxlamalar və auditlər aparmaq;     

İş yeri: Layihə Sahəsi – AZFEN Bayıl Sahəsi

Layihə mərhələsi: Tikinti və İstismara Verilmə


 

Tələblər

  • Daxili və xarici auditləri həyata keçirmək üçün ISO 45001, ISO 14001 və ISO 9001 üzrə təlimlər,
  • Ətraf Mühit Mühəndisliyi, Əməyin Təhlükəsizliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi. 
  • HSE təminatı, audit və ya uyğunluq sahəsində təcrübə. 
  • Yerli və beynəlxalq HSE qaydaları üzrə müvafiq bilik. 
  • Analitik, ünsiyyət və hesabatvermə bacarıqları. 
  • Dinamik mühitdə həm müstəqil, həm də komandada işləyə bilmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.