Bakı,
Azərbaycan
15.05.25
-
15.06.25
İş haqqında məlumat
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etməlidir;
- Yeni işə qəbul olunanlara,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, əməyin mühafizəsi üzrə giriş təlimatlandırma proqramını hazırlamaq və təlimat keçmək;
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək;
- İşçilərə təhlükəsizilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək;
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
- Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
- Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək;
- Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq;
- Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirməsinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası;
- İş rejimi: 6 gün.
Tələblər
- Ali texniki təhsilinin olması;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Sətəm üzrə tələb olunan uyğun sertifikatların olması;
- Əməyin təhlükəsizliyi və Ətraf Mühitin qorunmasının təmin olunması ilə bağlı lazımi biliklərə malik olmaq;
- Ms Office(Outlook, Word, Excel Aconex) proqramlarında işləmə bacarığı;
- Azərbaycan, rus dilində qismən;
- Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
- İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
- Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma.