Bakı,
Azərbaycan
09.09.2025 10:42
-
09.10.2025 12:00
İş haqqında məlumat
- Şirkətdə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarının tətbiqini və icrasını təmin etmək;
- Dəmiryolu nəqliyyatı sahəsində, qatarların təmiri və onlara texniki xidməti zamanı əmək mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
- Alətlər və avadanlıqlar, iş yerləri və iş mühiti ilə əlaqəli təhlükəsizlik riskinin qiymətləndirilməsi, potensial və mövcud təhlükələrin qarşısının alınması üzrə işlərin aparılması, profilaktik tədbirlərin görülməsi;
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi;
- İşə qəbul olunan yeni işçilərə , o cümlədən mütəmadi olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
- Təlimat jurnallarının tərtib edilməsi və imzalanmasına nəzarət edilməsi;
- Təcili təxliyə və hazırlıq proseslərinin hazırlanması, şirkətin və əməkdaşların bu sahədə hazırlılığı;
- Qəza və hadisələrin araşdırılmasında iştirak etmək, hesabatlar tərtib etmək və profilaktik tədbirləri həyata keçirmək;
- Müəssisədaxili intizam qaydalarına riayət etmək;
- Əmək haqqı: 1200–1500 AZN (bilik və təcrübəyə əsasən müəyyən ediləcək).
Qeyd olunan tələblərə cavab verən namizədlər [email protected] e-mail ünvanına “SƏTƏM üzrə mütəxəssis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.
Tələblər
- Ali təhsil (texniki və ya Təhlükəsizlik Mühəndisliyi, Ətraf Mühit Mühəndisliyi və ya digər aidiyyatı texniki sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi ;
- Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemiləri sahəsində əsas tələb və prinsiplər (İSO 9001:2015 , İSO 45001-2018) üzrə biliklər;
- Dəmiryolu nəqliyyat vasitələri, onlara texniki xidmət, təmir işləri barədə ümumi bilik və iş təcrübəsi arzu ediləndir;
- Rus, ingilis dillərində orta səviyyədə biliklər;
- Komputer bilikləri (Microsoft office);
- Analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və komandada işləmək bacarığı.