AS İnşaat-N

Smetaçı-mühəndis

AS İnşaat-N
3000 - 3500 ₼
1937
Tam iş günü
Bakı, Azərbaycan
29.05.2025 23:25 - 29.06.2025 12:00

İş haqqında məlumat

  • Maliyyə-smeta sənədlərinin hazırlanması və dəyişiklik olduqda onların yenilənməsi;
  • Tikinti, təmir, quraşdırma və infrastruktur (elektrik və mexanik) işlərinin qiymətləndirilməsində iştirak, smeta sənədlərinin analiz olunması və dəyərləndirilməsi;
  • Digər təşkilatlar tərəfindən təqdim edilən smeta sənədlərinin yoxlanılması və bu barədə arayışların hazırlanması;
  • Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin və texniki sənədlərin hazırlanmasında iştirak;
  • Podratçılarla smeta sənədlərinin razılaşdırılması və normativlərə uyğunluğuna nəzarət;
  • Görülmüş işlər üzrə aktların tərtibi və qiymətlərin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
  • Smeta sənədlərinin uçotu və smeta-maliyyə hesablamalarının sistemləşdirilməsi;
  • İş yerinin yerləşdiyi ünvan: Zahid Xəlilov küç. 576-cə məhəllə
  • İş rejimi: həftə içi 5 gün;
  • Korporativ nömrə;
  • Layihələrin maliyyə və smeta hissələrinin idarə olunması prosesində fəal iştirak;
  • İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək.

Tələblər

  • Layihə-smeta sənədlərinin hazırlanması üçün normativ hüquqi sənədləri, mövcud smeta hesablama qaydalarını və tikinti, təmir, quraşdırma işlərinin hesablama əmsallarını bilmək;
  • Texniki sənədlərin, o cümlədən titul vərəqələri və defekt cədvəllərinin hazırlanma qaydalarına bələd olmaq;
  • İqtisadiyyatın əsasları, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydaları üzrə biliklərə malik olmaq;
  • Tikinti sahəsində, xüsusilə də elektrik və mexaniki infrastruktur işləri üzrə təcrübəyə malik olmaq üstünlükdür;
  • Analitik düşüncə və dəqiqliklə işləmək bacarığı;
  • Komanda ilə işləmə və sənədlərlə sistemli şəkildə işləmə bacarığı;
  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramları (xüsusilə Excel), 1C və AutoCAD proqramlarında yaxşı səviyyədə işləyə bilmək;
  • Azərbaycan dili (əla), ingilis dili (yaxşı), rus dili (yaxşı).


Oxşar vakansiyalar