Bakı,
Azərbaycan
24.07.2025 00:00
-
24.08.2025 00:00
İş haqqında məlumat
- Şirkətin sosial media hesablarının (Facebook, Instagram, TikTok, LinkedIn və s.) idarə olunması;
- Foto və video çəkiliş proseslərinin təşkili və yönləndirilməsi;
- Kreativ kontent planlarının hazırlanması və icrası;
- Trendlərin təqibi və uyğun kontent strategiyasının qurulması;
- Reklam kampaniyalarının təşkili və optimallaşdırılması (Meta Business, Google Ads və s.);
- Sosial şəbəkələrdə hədəfli reklamların yerləşdirilməsi, storilər vasitəsilə məhsul və xidmətlərin tanıtımı, həmçinin müsabiqə və digər interaktiv kampaniyaların hazırlanaraq idarə olunması;
- SMM analitikası və aylıq hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, dəqiq və peşəkar icrası;
- İş qrafiki: həftənin 6 günü, 09:00 dan-18:00 dək;
- Əmək haqqı: 500-700 Azn;
- Uyğun namizədlərdən (bəy/xanım) CV-lərini "SMM" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- SMM sahəsində minimum 1 il iş təcrübəsi;
- Adobe Photoshop, Canva, CapCut və ya digər dizayn proqramlarında işləmə bacarığı;
- Kreativ düşüncə və müasir trendlərə uyğunlaşma;
- Azərbaycan dilində səlis yazı və ünsiyyət bacarığı (İngilis və rus dillərini bilmək üstünlükdür);
- Komandada işləmə və məsuliyyətli yanaşma.