Best Bearings Company
500 - 600 ₼
1848
Tam iş günü
Bakı, Azərbaycan
23.07.2025 22:03 - 23.08.2025 12:00

İş haqqında məlumat

  • Müştərilərə sənəd və məhsulların vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək;
  • Anbar, mağaza və ofis arasında sənədlərin, məhsul və materialların daşınmasını həyata keçirmək;
  • Təhvil-təslim zamanı yaranan hər hansı nöqsan və uyğunsuzluqlar barədə ofis əməkdaşlarını operativ məlumatlandırmaq;
  • Bütün sənədlərin itkisiz, zədələnmədən və məxfiliyinə toxunmadan vaxtında və düzgün şəkildə ofisə çatdırılmasını təmin etmək;
  • İstifadəsində olan nəqliyyat vasitələrinin texniki sazlığını və təmizliyini qorumaq;
  • Avtonəqliyyat vasitələrinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
  • Avtonəqliyyat vasitələrinin təmiri ilə bağlı işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək;
  • Həftə içi iş qrafiki: 09:00-dan 18:00-dək (5 iş günü);
  • Şənbə günü iş saatı: 10:00-dan 15:00-dək;
  • İstirahət günü: bazar;
  • İstifadə olunan avtomobillər: Ford Transit və Opel Astra;
  • Əmək haqqı: 500-600 Azn GROSS;
  • Korporativ mobil nömrə təmin edilir.

Tələblər

  • Sürücülük vəsiqəsi (B kateqoriya);
  • Yol hərəkəti qaydalarını dərindən bilmək və onlara ciddi şəkildə riayət etmək;
  • Bakı şəhərinin yol infrastrukturu və ərazisi barədə yaxşı məlumatlı olmaq;
  • Həm mexaniki, həm də avtomatik sürət qutusuna malik olan nəqliyyat vasitələrini idarə etmək bacarığı;
  • Minimum 3 il sürücülük təcrübəsi.


Oxşar vakansiyalar