Bakı,
Azərbaycan
05.09.2025 00:00
-
05.10.2025 00:00
İş haqqında məlumat
- Şirkətin fəaliyyətinə zəruri olan malların, materialların, ehtiyat hissələrinin və avadanlıqların vaxtında və keyfiyyətli şəkildə təmin edilməsini təşkil etmək;
- Təchizat bazarını araşdırmaq, yeni potensial təchizatçılar haqqında məlumat toplamaq və qiymət təkliflərini müqayisə etmək;
- Təchizatçılarla danışıqlar aparmaq, ən əlverişli qiymət və şərtlərlə müqavilələrin bağlanmasını təmin etmək;
- Alış sifarişlərini hazırlamaq, razılaşdırmaq və icrasına nəzarət etmək.
- Təchizat prosesində yaranan gecikmə, keyfiyyət problemi və ya uyğunsuzluqları rəhbərliyə vaxtında məlumatlandırmaq;
- Təchizat olunan məhsulların qəbul-təhvil prosesində anbar və mühasibatlıqla qarşılıqlı əlaqəni təmin etmək;
- Təchizat üzrə aparılan bütün sənədləşməni (müqavilə, qaimə, akt və s.) düzgün və vaxtında tərtib etmək;
- Təchizat xərclərinin optimallaşdırılması üçün təkliflər hazırlamaq;
- Təchizatla bağlı aylıq və illik hesabatların hazırlanması.
İş şəraiti
- İş yeri: Bakı Şəhəri. Tbilisi prospekti;
- İş rejimi: 6 günlük iş həftəsi (Bazar günü istirahət);
- Əmək haqqı: 600-700.
- Əlaqə:0502578036
Tələblər
- Ali təhsil üstünlükdür;
- Təchizat sahəsində ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı;
- MS Office və 1C proqramlarında işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyət, analitik düşünmə qabiliyyəti.