GESCO ASC

Təcrübə proqramı

Ə/h razılaşma ilə
1731
Təcrübə
Bakı, Azərbaycan
17.04.25 - 17.05.25

İş haqqında məlumat

"GESCO" ASC "Yay təcrübə" proqramına start verir!
Öyrənməyə açıq, fəal və motivasiyalı gəncləri təcrübə proqramında iştirak etməyə dəvət edirik. İştirakçılar nəzəri biliklərini real iş mühitində təcrübə və tapşırıqlar əsasında tətbiq etmək fürsəti, şəxsi karyera inkişafında menecer dəstəyi və "GESCO" ASC kollektivinin üzvü olmaq imkanı əldə edəcəklər. Eyni zamanda proqramı uğurla başa vuran təcrübəçilərə sertifikat təqdim olunacaq.
2 ay müddətində davam edəcək təcrübə proqramı aşağıdakı 3 istiqaməti əhatə edir:

  • İnsan resursları şöbəsi;
  • Təchizat bölməsi;
  • Mühafizənin təşkili şöbəsi;
  • Bazar ertəsi - cümə günü, saat: 09:00-18:00;
  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr.1965-ci məhəllə,"Çinar Park" Biznes Mərkəzi.

Tələblər

  • Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin sonuncu kurs və ya magistratura səviyyəsində təhsil alan tələbələri, həmçinin 2023-2024-cü təhsil ili məzunları olmalı;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi (rus və ingilis dili biliyi üstünlükdür);
  • Ofis proqramlarında işləmək bacarığı (1C proqram təminatı üzrə biliklər üstünlükdür);
  • Analitik düşünmə bacarığı;
  • Səlis özünüifadə bacarığı;
  • Fərdi və komanda ilə işləmək bacarığı;
  • Öyrənməyə və inkişafa yüksək həvəs və təşəbbüskarlıq.

Oxşar vakansiyalar