Bakı,
Azərbaycan
19.09.2025 05:39
-
19.10.2025 12:00
İş haqqında məlumat
- Şirkətin bütün tədbirlərinin (seminar, görüş, açılışlar, korporativ yeməklər, xüsusi günlər, təlimlər, branclar, onlayn vebinarlar və s.) planlaşdırılması, təşkili və koordinasiyası;
- Tədbir konsepsiyasının və proqramının hazırlanması;
- Lazımi resursların (zallar, texniki avadanlıq, qonaq və promo materiallar, hədiyyələr və s.) təmin edilməsi və idarə olunması;
- Tədbir üçün iştirakçı siyahısının hazırlanması və dəvət prosesinin təşkili;
- Tədbir büdcəsinin hazırlanması, xərclərin idarə edilməsi və optimallaşdırılması;
- Tədbirin gedişatına nəzarət və iştirakçıların koordinasiyası;
- Tədbir sonrası hesabatların hazırlanması və təkliflərin verilməsi;
- Müştəri, tərəfdaş və təchizatçılarla əməkdaşlıq və əlaqələrin idarə olunması;
- Tədbirlərin şirkətin brend imicinə uyğun keçirilməsinin təmin edilməsi.
İş şəraiti:
- İş rejimi: Həftə içi 5 gün, 09:00–18:00;
- Əmək haqqı: müsahibə əsasında ;
- Ezam olunma: bəli, zərurət olduqda.
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına TƏDBİR TƏŞKİLATÇISI başlığını qeyd edərək göndərə bilərlər.
Tələblər
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Təhsil səviyyəsi: Ali (üstünlük verilir);
- Yaş: 22–30;
- Cinsi: Xanım namizədə üstünlük verilir;
- Minimum 1 il iş təcrübəsi.