Nur Collection

Tekstil üzrə istehsal rəhbəri

Nur Collection
Ə/h razılaşma ilə
2137
Tam iş günü
Bakı, Azərbaycan
27.08.2025 11:15 - 27.09.2025 12:00

İş haqqında məlumat

  • İstehsalat sahəsində məhsulun keyfiyyətli və müəyyən olunmuş gündəlik normaya uyğun miqdarda istehsal olunmasına nəzarət:
  • Məhsulun planlaşdırılması,hansı tarixdə istehsala başlaması və bitməsi, xammaldan hazır məhsula qədər olan mərhələlərə nəzarət:
  • İstehsal planlaması, məhsul dövriyyəsi və resurs idarəetməsinə nəzarət;
  • Gündəlik istehsalatda ortaya çıxan problemləri vaxtında və effektiv şəkildə həll etmə bacarığı;
  • Müddətə uyğun istehsalın təşkili, resursların effektiv planlaşdırılması və israfların qarşısının alınması;
  • Müxtəlif şöbələrlə (satınalma, dizayn, satış, anbar, keyfiyyət nəzarəti və s) güclü əlaqə qurmaq və komandalararası koordinasiyanı təmin etmək.
  • İşçilərin iş prosesi zamanı müəyyən olunmuş davranış qaydaları və istehsalat zamanı təyin olunmuş təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
  • İstehsal şöbəsində işçilərin effektiv idarə olunması, motivasiya verilməsi və məhsuldarlığın artırılması bacarığını analiz etmək və dəyərləndirilməsinə nəzarət;
  • İşçilərin iş ləvazimatlarından səmərəli, məqsədəuyğun istifadə olunmasını həyata keçirmək;
  • Məhsulun tikilmə, ütülənmə və paketlənmə ardıcıllığının düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək;
  • Gündəlik istehsal olunmuş məhsul haqqında hesabatların təqdim olunması;
  • İşçilərə iş prosesi zamanı rəhbərlik edilməsi və lazımi məlumatların rəhbərliyə ötürülməsi.

Əmək haqqı: Müsahibə zamanı müəyyənləşəcəkdir.

İş şəraiti

  • Ünvan: Abşeron rayonu Əliağa Vahid 1B;                     
  • 6 günlük iş həftəsi ;
  • Nahar fasiləsi: 13:00-14:00, Nahar müəssisə tərəfindən təmin edilir.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Tekstil üzrə istehsal rəhbəri” Mövzu bölməsində göstərin.

Tələblər

  • Minimum 5 il istehsal təcrübəsi: yaş 35-55;
  • Trikotaj, toxuculuq, boyahane, tikiş, konfeksiya və s. sahələrdə istehsalat təcrübəsi;
  • ISO, OEKO-TEX, BSCI, GOTS kimi beynəlxalq keyfiyyət və ekoloji standartlar barədə məlumatlı olması arzuolunandır.

Üstünlük veriləcək namizədlər:

  • Tekstil mühəndisliyi, tekstil texnologiyası və ya əlaqəli sahədə təhsil dərəcəsi olanlara üstünlük verilir.

Namizədin şəxsi keyfiyyətləri:

  • Yeni texnologiyalara və proses optimizasiyasına açıq olmaq;
  • Yerli və beynəlxalq tədarükçülərlə işləmə təcrübəsi;
  • Operativ.


Oxşar vakansiyalar