Bakı,
Azərbaycan
18/05/2026
-
01/06/2026
İş haqqında məlumat
- İş təhlili və karyera inkişafı vasitəsilə şirkətin təlim ehtiyaclarını müəyyən etmək və qiymətləndirmək;
- Xüsusi biznes ehtiyaclarına cavab verən fərdi və qrup təlim proqramlarını hazırlamaq;
- Effektiv və məqsədyönlü tədris metodlarını tətbiq etmək;
- Xarici vendorlarla əməkdaşlığın idarə olunması və koordinasiyası;
- Daxili təlimlərin təşkili və koordinasiyasını həyata keçirmək;Nəzərəçarpan nəticələr əldə etməyə yönəlmiş təlim vəsaitləri və materialları hazırlamaq;
- Təlim materiallarının və proqramlarının aktuallığını, düzgünlüyünü və səmərəliliyini təmin etmək;
- İşçilərin bacarıqlarını, performansını və fəaliyyətini qiymətləndirərək inkişaf sahələrini müəyyən etmək;
- Təlimlərin biznes ehtiyaclarına uyğunluğunu və məhsuldarlığın artırılmasını təmin etmək məqsədilə təşkilat fəaliyyətini təhlil etmək;
- Təşkilatın məqsədlərinə uyğun strateji təlim proqramları hazırlamaq;
- Təlim planlarının, nəticələrinin və strategiyalarının uğurla həyata keçirilməsinə nəzarət etmək;
- Şirkət siyasətlərinə və Standart Əməliyyat Prosedurlarına davamlı uyğunluğu təmin etmək.
Tələblər
- İnsan Resursları, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Təlim və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi;
- Təlim proqramlarının hazırlanması və təqdimatı üzrə praktiki bilik;
- Güclü ünsiyyət, təqdimat və analitik düşünmə bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- LMS (Learning Management System) platformaları ilə işləmək təcrübəsi;
- Azərbaycan və ingilis dilində səlis yazılı və şifahi ünsiyyət, rus dili biliyi üstünlükdür
- Strateji və analitik düşünmə bacarığı;
- Liderlik və komanda ilə effektiv işləmək bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq və təşəbbüskar olmaq;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Vaxtın və prioritetlərin düzgün idarə olunması bacarığı;
- Peşəkar etik qaydalara riayət etmək.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.