Bakı,
Azərbaycan
18.04.25
-
18.05.25
İş haqqında məlumat
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
- Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş iş həcmlərinin sahədə yoxlanması və ətraflı hesabatın hazırlanması;
- Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş iş həcmlərinin uyğun olaraq iş addımlarının (iş planını) sahə komandası ilə birlikdə hazırlanması;
- Standart işlər üçün iş addımı (iş planı) formatının hazırlanması və mütamadi olaraq yenilənməsinin təmin etməsi;
- İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısının hazırlanması;
- Sahədən təqdim edilmiş “ iş metodu” üçün lazım olduqda iş addəmlarının (iş planının) hazırlanması;
- İş prosesləri zamanı işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək;
- Təmirə hazırlıq və təmir zamanı sahədə işin gedişatının proqresini toplamaq və sistəmə daxil etmək;
- Təmirin sonunda planlaşdırılan və rellaşan iş həcmlərini analız edib uyğunsuzluqlar barəsində rəhbərinə məlumat vermək;
- Təmir işləri ilə əlaqədar günlük, həftəlik və aylıq hesabatlar hazırlamaq;
- SAP proqramında iş bildiriş və iş sifariş yaradılmasını bilmək. İş addımlarını ( iş planını) SAP PM moduluna işləmək;
- Əlavə çıxan işlər üçün iş addımlarının yazılması və SAP PM moduluna əlavə edilməsi;
- Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təmin etmək;
- Cavabdeh olduğu İşlərin gedişatı haqqında rəhbərinə hesabatlar hazırlamaq və məlumatlandırmaq;
- Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
- Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə işləmək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.
Tələblər
- Müvafiq sahə üzrə texniki təhsil (peşə, orta-ixtisas və s.);
- Sənayedə mexaniki təmir və təmirin planlaşdırma sahəsində 2 il iş təcrübəsi olmalı;
- Yoxlanışlar aparmaq üçün, hündürlükdə işləmək bacarığı və fiziki olaraq tam sağlam olmalı;
- Yoxlanışlar aparmaq üçün, qapalı sahələrdə işləmək bacarığı və təcrübəsi olmalı;
- Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
- Mexaniki cizgiləri oxuma bacarığı;
- MS Office, Adobe Acrobat reader proqrmalarında işləmək bacarığı;
- SAP PM modulu ilə işləmək bacarığı.