Norm ASC

Texniki Dəstək Mütəxəssisi

Ə/h razılaşma ilə
1985
Tam iş günü
Bakı, Azərbaycan
16.04.25 - 16.05.25

İş haqqında məlumat

  • Müştərilərə və potensial müştərilərə texniki dəstək göstərmək və onların məmnuniyyətini təmin etmək;
  • Müştərilərin məmnunluq dərəcəsinin artırılması üçün keyfiyyətlə bağlı şikayətlərə baxılması və problemlərin həll edilməsi;
  • Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi;
  • Müştərinin istehsalat sahəsində qarşılaşdığı çətinliklərin həll edilməsi üçün müvafiq qarışım dizaynının hazırlanması və tətbiqi;
  • Yeni məhsul və xidmətlərin hazırlanması üçün bazar tələblərini araşdırmaq və təkliflər vermək;
  • Məhsulların keyfiyyət sertifikatlarını və hesabatlarını təmin etmək və müştərilərə təqdim etmək;
  • Əlaqədar tərəflərlə sıx əməkdaşlığın təmin edilməsi (memarlar, universitetlər, institutlar, rəsmi qurumlar, müstəqil laboratoriyalar);
  • Laboratoriya cihazlarının Keyfiyyətə Nəzarət Planlarının  tələblərinə əsasən uyğunluğunu təmin etmək;
  • Ödənilməmiş tələblərin aşkar edilməsi və həlli (layihə və spesifikasiyaların öyrənilməsi vasitəsilə);
  • Yekun həll yolunun işlənib hazırlanmasına dəstək (qarışıqların tərkibinin optimallaşdırılması və ya tərtib edilməsi, tətbiqi üzrə tövsiyələrin verilməsi, məhsulun sınaq edilməsi, yerində sınaqların aparılması, yeni məhsul);
  • Keyfiyyətin itirilməsinin və uyğunsuzluqların əsas səbəblərinin aşkarlanması və hesabat təqdim edilməsi;
  • Beton Laboratoriyasının işinin təşkili, müvafiq sınaqlarının planlaşdırılması və həyata keçirilməsi, əlaqədar şöbələrlə birlikdə hesabatların hazırlanması;
  • Xammal hədəfləri üzrə illik planın tərtib edilməsinə dəstək göstərilməsi;
  • Məhsulların fəal surətdə reklam edilməsi üçün sement və beton standartları ilə əlaqəli bazarda mövcud olan bütün tələblərin öyrənilməsi (bazardakı meyllərin (standartlar, qaydalar) öyrənilməsi və monitorinqi), məhsul/xidmətlərin sertifikatlaşdırılması üçün təkliflərin (qiymət, üstünlük, fayda) hazırlanması, sertifikatların alınması, texniki məlumatlarla təmin edilməsi;
  • Təqdim olunan məhsullar və xidmətlərin müştərilərin təlabatlarına uyğunlaşdırılması üçün əlaqəli şöbələr ilə əməkdaşlıq;
  • API SPEC Q1, ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Korporativ tibbi siğorta;
  • Nəqliyyat;
  • Şəxsi və peşəkar inkişaf imkanları;
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti;
  • Unikal imtiyazlar paketi.

Tələblər

  • İqtisadiyyat, Mühəndis İqtisadiyyatı və Tikinti Materialları sahəsində Ali Bakalavr (və ya Magistr) təhsili;
  • Əlaqədar sahə üzrə 1 ildən çox iş təcrübəsi;
  • İngilis dili;
  • MS Office komputer proqramı üzrə bacarıqlar;
  • Sement istehsalı, Sementin fiziki və kimyəvi parametrlərinin təhlili, Beton istehsalı və beton keyfiyyətinin təhlil edilməsi sahəsində texniki biliklər;
  • Sement, beton, doldurucu və kimyəvi qatqılarla bağlı mövcud standartlar (EN, ASTM, GOST və s.) haqqında biliklər.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma;
  • Bütövlük;
  • Yenilikçilik.

Oxşar vakansiyalar