Almep Engineering Group

Texniki ofis mühəndisi

Almep Engineering Group
Ə/h razılaşma ilə
531
Tam iş günü
Bakı, Azərbaycan
25.07.2025 10:15 - 25.08.2025 12:00

İş haqqında məlumat

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək;
  • Layihədəki tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Smetaların bazar qiymətləri ilə hesablanması;
  • Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı;
  • Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;
  • Qiymətləndirmə üçün hesabatların aparılması;
  • Tender siyahıları əsasında sifarişlərin hazırlanması və təchizatçılardan alınan qiymətlər əsasında baza yaradılması;
  • Təchizatçılardan alınan qiymətlərinin müqasiyəli təhlili və Təchizat şöbəsi tərəfindən tənzimlənmiş qiymətlərlə uzlaşdırılması;
  • Tenderin Əsas Şərtlər Toplusunun hazırlanması/nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;  
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində tender komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
  • 6 günlük iş həftəsi,  bazar günü istirahət;
  • İş qrafki: saat 09:00-dan 17:00-na kimi;
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova 2;
  • Maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına subject yerində “Texniki ofis mühəndisi” qeyd edərək göndərə bilərlər.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır;
  • Tikinti layihələrinin idarəedilməsi üzrə 3 il iş təcrübəsi;
  • Tikinti sahəsi üzrə normativ sənədlər üzrə müvafiq biliklərə malik olmaq;
  • Yaxşı ünsiyyət qura bilmək bacarığı, analitik qabiliyyət;
  • MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD, Smeta+.


Oxşar vakansiyalar