Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Texniki Problem üzrə mütəxəssis

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
650 ₼
3897
Tam iş günü
Bakı, Azərbaycan
02.09.2025 05:38 - 02.10.2025 12:00

İş haqqında məlumat

  • İstifadəçilərə texniki dəstək göstərmək (yerində və uzaqdan), nasazlıqları aradan qaldırmaq və lazım olduqda eskalasiyasını təmin etmək;
  • Kompüter və ofis avadanlıqlarını (noutbuk, printer, proyektor, şəbəkə cihazları və s.) quraşdırmaq, sazlamaq və texniki xidmətini həyata keçirmək;
  • Windows əməliyyat sistemləri (10/11) və Microsoft 365 (Outlook, Teams, SharePoint, OneDrive) ilə işləmək və onları idarə etmək;
  • Active Directory-də istifadəçi hesablarını yaratmaq, dəyişmək və idarə etmək;
  • Şəbəkə bağlantısı ilə bağlı problemləri (LAN, Wi-Fi, VPN, DNS, DHCP) aşkarlamaq və həll etmək;
  • Gündəlik müraciətləri Help Desk sistemində qeydiyyata almaq, izləmək və vaxtında icrasını təmin etmək;
  • İşçilərə IT sistemlərindən istifadə və təhlükəsizlik qaydaları üzrə ilkin təlimlər və dəstək göstərmək;
  • İT aktivlərinin uçotunu aparmaq (avadanlıqların verilməsi və təhvil alınması);
  • İT layihələrində iştirak etmək (yeni avadanlıqların tətbiqi, proqram təminatının yenilənməsi, miqrasiya və s.);
  • Şirkətin IT təhlükəsizlik siyasətinə və məlumatların qorunması standartlarına riayət etmək. 

Biz təklif edirik:

  • 650 AZN net əmək haqqı;
  • Məktəbin yeməkxanasında nahar imkanı;
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma;
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı.

Maraqlanan namizədlərdən xahiş olunur ki, [email protected][email protected] ünvanlarına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Texniki Problem üzrə mütəxəssis” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahədə ali təhsilə sahib olmaq;
  • Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsinə sahib olmaq;
  • İT sahəsində sertifikatlara sahib olmaq (CompTIA A+, Microsoft MCSA/MD-100, ITIL Foundation və s.);
  • İT avadanlıqlarında ilkin diaqnostika və nasazlıqların aradan qaldırmaq;
  • Remote connection alətləri ilə işləmə bacarığına sahib olmaq (TeamViewer, AnyDesk və s.);
  • Microsoft 365 (Teams, Outlook, SharePoint) idarəetmə bacarıqlarına sahib olmaq;
  • Şəbəkə bilikləri (TCP/IP, DNS, DHCP, VPN, Wi-Fi) haqqında anlayışlı olmaq;
  • Active Directory üzərində istifadəçi hesablarının yaradılması və idarə edilməsi biliklərinə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığına sahib olmaq.