Bakı,
Azərbaycan
05.05.25
-
05.06.25
İş haqqında məlumat
- Sifarişçi tərəfindən verilən işçi cizgilərin tikinti norma və qaydalarına, iş həcmləri cədvəlinə uyğunluğunun yoxlanılması və uyğunsuzluqların aşkar edilərək aradan qaldırılmasında iştirak;
- İş icraçıları və podratçılartərəfindən təqdim edilən məlumatlar və layihəyə əsasən əldə edilən nəticələr arasında uyğunsuzluğlar yarandıqda, mübahisəli rəqəmlərin araşdırılması, qaranlıq məqamlara aydınlıq gətirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması;
- Hazır layihələrin yerli inşaat normalarına və standartlarına uyğunlaşdırılması, tələb olunan halda layihələrə əlavələrin edilməsi;
- İstehsalçının tələblərinə əsasən detalların açıqlanmasının təqdim edilməsi;
- Sahədən gələn Forma-2 lərin layihəyə uyğunluğunun yoxlanılması, Forma-3 sənədlərinin hazırlanması;
- Layihə və smeta arasındakı fərqlərin müəyyən edilməsi;
- Layihələrin və spesifikasiyalarının araşdırılması və səhvlərin müəyyən edilməsi
- Tender smetalarının tərtibində iştirak və həcmlərin qiymətləndirilməsi;
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).
Tələblər
- Ali təhsil(tikinti sahəsi üzrə);
- Mülki, sənaye və infrastruktur obyektlərinin idarə olunması üzrə ən azı 3 il iş təcrübəsi;
- Excel və AutoCAD-dan yüksək səviyyədə istifadə bacarığı;
- Kompüter bilikləri: MS Office (Excel, Word).