Bakı,
Azərbaycan
05.09.2025 00:00
-
05.10.2025 00:00
İş haqqında məlumat
- Yeni yaradılan və ya icarəyə götürülən istehsalat müəssisələrinin gündəlik fəaliyyətinə nəzarət, onların monitorinqi və mərkəzi ofis (satış, təchizat, maliyyə, ERP və s.) ilə koordinasiyanın təmin edilməsi;
- Müəssisə və departamentlər üzrə gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi;
- İstehsalat və kommersiya məlumatlarının konsolidasiyası və analizi;
- ERP sistemlərində müəssisələr ilə əlaqədar bütün aidiyyəti üzrə əməliyyatların icrası (sifarişlərin yarıdılması və izlənilməsi, hesabatların daxil edilməsi və s.);
- Müəssisələrdə inzibati təsərrüfat fəaliyyəti üzrə iş planlarının və büdcələrin hazırlanması, icra vəziyyətinin izlənməsi və hesabatlandırılması;
- Departament və müəssisələr üzrə toplantıların təşkili, iclas gündəliklərinin hazırlanması və aidiyyəti şəxslərlə məlumat mübadiləsinin aparılması;
- Yerli və beynəlxalq səfərlərin təşkili, eləcə də qonaqların qəbul və yerləşdirilmə proseslərinin koordinasiyası;
- Mərkəzi ofis tərəfindən müəssisələrə göstərilən dəstəyin icrasına nəzarət, mövcud problemlərin erkən aşkarlanması və effektiv geribildirim mexanizminin təmin edilməsi;
- İcarəyə götürülən və ya ortaq müəssisələr üzrə sənədləşmə işlərinin, müqavilə icrasının və öhdəliklərin monitorinqi prosesinə dəstək göstərilməsi;
- Birbaşa rəhbərin tapşırıqlarına uyğun olaraq departamentin məqsədlərinə xidmət edən digər işlərin icrasının təmin edilməsi;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsiAPI SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Biz nə təklif edirik:
- Könüllü tibbi sığorta;
- Servis avtobusu;
- Şəxsi və peşəkar inkişaf imkanları;
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti;
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri;
- Digər imtiyazlar .
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- İqtisadiyyat sahəsi üzrə ali bakalavr təhsil ;
- İstehsalat sahəsində hesabatlılıq və planlama üzrə minimum 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə ingilis dili biliyi;
- Əla səviyyədə Excel biliyi.
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük;
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma;
- Bütövlük;
- Yenilikçilik.