Norm ASC

Vergilər üzrə Kiçik Mütəxəssis

Ə/h razılaşma ilə
1908
Tam iş günü
Bakı, Azərbaycan
16.04.25 - 16.05.25

İş haqqında məlumat

  • Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması;
  • Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
  • Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
  • Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi;
  • Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması;
  • Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması;
  • Təxirə salınmış vergilərin hesablanması;
  • Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi;
  • Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
  • Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Korporativ tibbi sığorta;
  • Servis avtobusu;
  • Şəxsi və peşəkar inkişaf imkanları;
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti;
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri;
  • Unikal imtiyazlar paketi;
  • İş yeri: Seçilən namizəd əsasən şəhər ofisində (8 noyabr prospekti, Baku Bay Tower) çalışacaq, lakin ehtiyac yarandıqda müəyyən vaxtlarda zavod ofisinə də (Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.) getməlidir.

Tələblər

  • Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil;
  • Vergilərlə bağlı əlaqədar sahə üzrə 1 ildən artıq iş təcrübəsi;
  • Microsoft Office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştə;
  • SAP biliyi;
  • Azərbaycan və ingilis dillərini peşəsinin tələb etdiyi səviyyədə bilmək;
  • Gəlir və zərər hesabı, balans cədvəli, pul vəsaitlərinin hərəkəti, maliyyə qaydaları və qanunları, maliyyə səmərəliliyi göstəriciləri, maliyyə uçotu və əlaqədar sistemlər, eləcə də büdcə qaydaları və konsepsiyaları barədə texniki bilikər.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma;
  • Bütövlük;
  • Yenilikçilik.