ARI Global

Xaricdə təhsil işləri üzrə mütəxəssis

ARI Global
Ə/h razılaşma ilə
1719
Tam iş günü
Bakı, Azərbaycan
03.09.2025 02:46 - 03.10.2025 12:00

İş haqqında məlumat

  • Xaricdə fəaliyyət göstərən tədris müəssisələrinin qeydiyyat şərtləri və proqramlarını araşdırmaq;
  • Tələbələrə ölkə, şəhər, universitet və ixtisas seçimində, o cümlədən qeydiyyat işlərində dolğun və dəqiq məlumat vermək;
  • Tələbələrin qeydiyyat işləri ilə bağlı tədris müəssisələrinə müraciət etmək və həmin prosedurları mütəmadi şəkildə təqib etmək;
  • Ehtiyac yarandığı təqdirdə, tələbələrin valideynləri ilə konsultativ danışıqlar aparmaq.

Şərtlərimiz

  • 6 günlük iş həftəsi;
  • Rəqabətli əməkhaqqı və bonus sistemi namizədlərlə müsahibə mərhələsində müzakirə ediləcək.

Uyğun namizədlər Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanımıza müraciət edə bilərlər.

Tələblər

  • İqtisadi sahələrdə ali təhsili olan və bu sahə üzrə bundan əvvəl ən azı 2 il işləmiş şəxslərə öncəlik veriləcək;
  • Əməkdaşımız öz dilimiz başda olmaqla, mütləq şəkildə ingilis dilində sərbəst danışma və yazışma bacarığına sahib olmalıdır (ikinci xarici dil bilgisi olan namizədlər arzuolunandır);
  • Orta səviyyədə “MS Office” proqramlarını bilməlidir;
  • Araşdırma, planlama və qərarvermə bacarığı şərtdir;
  • Xoş ünsiyyətə, komanda ruhuna, səliqəyə və məsuliyyətliliyə xüsusilə diqqət yetiririk.


Oxşar vakansiyalar