Real Beauty

Xarici satınalma və logistika üzrə mütəxəssis

Real Beauty
Ə/h razılaşma ilə
410
Tam iş günü
Bakı, Azərbaycan
18/05/2026 - 01/06/2026

İş haqqında məlumat

  • Xarici təchizatçılarla danışıqlar aparmaq, qiymət təkliflərini toplamaq və müqayisəli analiz etmək;
  • Kosmetik məhsullar üzrə bazar araşdırmaları aparmaq, qiymət və məhsul analizlərini həyata keçirmək;
  • Potensial təchizatçı bazasını formalaşdırmaq, alternativ məhsul və təchizatçıları dəyərləndirmək;
  • Sifarişlərin vaxtında hazırlanması, göndərilməsi və çatdırılmasına nəzarət etmək;
  • Gömrük, logistika və daşınma proseslərini izləmək və koordinasiya etmək;
  • Satınalma prosesinin bütün mərhələlərində düzgün sənədləşməni təmin etmək;
  • Müqavilə, sifariş və digər satınalma sənədlərinin qeydiyyatını və arxivləşdirilməsini həyata keçirmək;
  • Satınalma risklərini müəyyən etmək və rəhbərliyi məlumatlandırmaq;
  • Təchizatçı seçimində obyektiv və şəffaf yanaşmanı təmin etmək;
  • Satınalma xərclərinin təhlilini aparmaq və müvafiq hesabatlar hazırlamaq;
  • Satınalma və logistika proseslərinin effektivliyinin artırılması istiqamətində təkliflər vermək.

Tələblər

  • Xarici satınalma (kosmetika və gözəllik sektoru) üzrə iş təcrübəsi
  • Kosmetika və ya FMCG sahəsində təcrübə üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Bazar araşdırması və analiz etmə bacarığı;
  • Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • İşgüzar etik qaydalara riayət, punktuallıq və məsuliyyətlilik;
  • Problem həll etmə, qərarvermə, planlama və təşkilatçılıq bacarıqları
  • Komandada işləmək bacarığı;
  • İngilis dilində B2 səviyyə mütləqdir, rus dili bilənlərə üstünlük verilir

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar