Enermus

Xərclərin idarə edilməsi üzrə mütəxəssis

Enermus
700 ₼
585
Tam iş günü
Bakı, Azərbaycan
16.07.2025 23:07 - 16.08.2025 12:00

İş haqqında məlumat

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
  • Obyektlərdə (Sahədə) ölçü işlərinin aparılması;
  • Smetaların bazar qiymətləri ilə hesablanması;
  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 
  • İş cədvəli: 5 günlük (Həftə içi günlər saat 9:00-dan 18:00-dək);
  • Başlanğıc əməkhaqqı - 700 azn;
  • Ünvan - Bakı şəhəri, Xətai rayonu, 2-ci Yaşıl Ada küçəsi.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Mühəndis (neft qaz)  ixtisası üzrə ali təhsil;
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
  • Eskizə və ya  layihəyə əsasən iş həcmlərinin çıxarılması, BoQ-un tərtibi və qiymətləndirilməsi;
  • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;
  • İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
  • Azərbaycan dili (əla), İngilis və Rus dilləri arzu olunandır;
  • MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD;
  • Analitik düşüncə tərzi;
  • Dəqiqlik, operativlik.