Bakı,
Azərbaycan
25.08.2025 12:00
-
25.09.2025 12:00
İş haqqında məlumat
- Villa komplekslərində iri yaşıllıq sahələrinin planlı şəkildə baxımına və yaxşılaşdırılmasına rəhbərlik etmək;
- Ağacların, kolların, gül bitkilərinin düzgün əkilməsinə və qulluğuna nəzarət;
- Bitkilərin, ağacların diblərinin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsinə nəzarət etmək;
- Bitkilərin, ağacların vaxtında sulanması və xüsusi dərmanlarla qulluq edilməsinə nəzarət və məsuliyyət daşımaq;
- Qazonların vaxtında biçilməsi, bitkilərin budanması qrafikinin hazırlanması və işinin təşkil edilməsi;
- Yerli aqronomlara tapşırıqlar vermək və onların işini koordinasiya etmək;
- Bağban heyətinin gündəlik iş fəaliyyətinə nəzarət və istiqamətləndirmə;
- Yaşıllıq sahələrinin estetik və funksional vəziyyətinin daimi monitorinqi;
- İstifadə olunan materialların və inventarın idarə edilməsi;
- HSE (Əməyin mühafizəsi və təhlükəsizlik) qaydalarına əməl olunmasına nəzarət;
- Hər ayın sonunda ay ərzində görülən işlərin hesabatını hazırlamaq.
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti.
İş şəraiti:
- İş rejimi: 5 günlük;
- İş yeri : Regionlar;
- İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
CV-lərinizi “Yaşıllaşdırma üzrə menecer” başlığı altında Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərsiniz.
Tələblər
- Aqronomiya sahəsində təhsil və bu sahədə minimum 5 illik iş təcrübəsi;
- Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;( MS Office proqramları);
- Komanda idarəetmə və liderlik bacarığı;
- Planlaşdırma və təşkilatçılıq qabiliyyəti;
- Bitki növləri, torpaq və gübrələmə sistemləri üzrə nəzəri və praktiki biliklər;
- Büdcə və resursların idarə olunması üzrə təcrübə;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.