Yardımlının gizli cənnəti - Nisəqala kanyonuna macəra!
22 İyun - Füsunkar kanyon, yaşıl təbiət və mistik aura sizi gözləyir!
Sizi Azərbaycanın ən toxunulmamış gözəlliklərindən birinə - Yardımlının Nisəqala kəndinə, onun sirli kanyonuna və “Cıdır düzü”nə yürüşə dəvət edirik. İstər komfortlu avtobusda, istər sərin çayın yatağı boyunca şəlaləyə qədər yürüş zamanı HR-lardan ibarət tur ilə faydalı və əlaqələr qura biləcəyiniz xoş anlar sizi gözləyir!
⸻⸻⸻⸻⸻⸻⸻
Tur proqramı:
06:30 – Toplanış (Gənclik m/st – Badamlı çıxışı)
07:00 – Yardımlıya yola düşürük
10:30 – Nisəqala kəndinə çatırıq
11:30 – "Cıdır düzü"nə yürüş
14:00 – Kəndə dönüş
14:30 – Kənd evində nahar və samovar çayı
15:30 – Kanyonlara yürüş və istirahət
19:00 – Bakıya dönüş
22:30 – Bakıya çatış
⸻⸻⸻⸻⸻⸻⸻
Turun qiyməti - 55 AZN
⸻⸻⸻⸻⸻⸻⸻
Tura daxildir:
🚌 Komfortlu nəqliyyat
🏔️ Yardımlıda dağ yürüşü
🫖 Samovar çayı
🙋🏻♂️ Peşəkar dağ bələdçisi
🙋🏻 Tur rəhbəri
🛻 Dağ maşını ilə səyahət
⸻⸻⸻⸻⸻⸻⸻
Götürməli və tövsiyə olunanlar:
• Dözümlü, sürüşməyən, su keçirməyən hiking ayaqqabısı
• Əlavə corab
• 20-30 lt tutumlu bel çantası
• Su keçirməz üst geyim
• Su ehtiyatı
• Atışdırmalıq (zövqə uyğun qəlyanaltılar)
• Power bank
⸻⸻⸻⸻⸻⸻⸻
Qeyd:
Qeydiyyatdan keçənlərə əməkdaşımız əlaqə saxlayacaq. Bu fürsəti qaçırmayın, yerlər məhduddur!