Baku,
Azerbaijan
04.03.25
-
04.04.25
Working conditions
- Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiyası və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən quraşdırılmasında iştirak etmək;
- Problemləri vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə vaxtaşırı əməkdaşlıq etmək;
- Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrasını təmin etmək;
- İstehsalatın texniki hazırlığını təmin etmək;
- Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;
- Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;
- Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq;
- Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəblərini analiz etmək;
- Çalışdığı iş zonasını təmiz saxlanmaq və təhlükəsizlik texnikası üzrə təlimat qaydalarına riayət etmək;
- Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;
- Əmək haqqı; razılaşma yolu ilə;
- AR qanunvericiliyinə əsasən sənədləşmə;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi.
Requirements
- Sahə üzrə - ali təhsil;
- Sahə üzrə 5 ildən artıq iş təcrübəsi;
- Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
- MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan dilində, İngilis və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Təzyiq altında işləmə bacarığı;
- Problemlərə çevik yanaşma;
- Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı.
Mechanic
Mechanical engineer
Commerce
This job has expired