Azerbaijan Poultry Company

1C administrator

Azerbaijan poultry company
Ə/h razılaşma ilə
1259
Tam iş günü
Bakı, Azərbaycan
01.10.2025 11:52 - 01.11.2025 12:00

İş haqqında məlumat

  • 1C ERP-də istifadəçi idarəçiliyi (yaradılma, hüquqların verilməsi, bloklama);
  • Агент+КПД proqramında satış istifadəçi idarəçiliyi və 1C ERP ilə inteqrasiyasının təmin olunması;
  • Mobil cihazlarda, planşetlərdə və əl terminallarında texniki problemlərin həlli;
  • Ay sonu bağlanış proseslərinin həyata keçirilməsi və qarşı şirkətə təhvil verilməsi;
  • Ay bağlandıqdan sonra əvvəlki dövrdə əməliyyatların aparılmamasına nəzarət;
  • Yeni modul və ya dəyişikliklər üçün texniki tapşırığın hazırlanması və icrasına nəzarət;
  • Hazır məhsulların 1C ERP-də aktivləşdirilməsi, ştrixkod yaradılması, tərəzilərə yüklənməsi və yoxlanması;
  • ERP yenilənmələrinin koordinasiyası və əməkdaşlarla vaxtın razılaşdırılması;
  • ERP bazasının arxivləşdirilməsi və rezerv serverdə bərpa olunmasına nəzarət;
  • ERP ilə bağlı avadanlıqlar üzrə sifarişlərin təşkili;
  • Gündəlik istifadəçi sorğularına cavab vermək və dəstək göstərmək;
  • IT və 1C üzrə əməkdaşlıq edilən şirkətlərlə əlaqə və köməkliyin təmin olunması;
  • Hər ayın sonu təhvil-təslim sənədlərinin yoxlanması və təsdiqi;
  • Helpdesk-ə daxil olan bəzi 1C sorğularının icrası;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
  • Məlumatların məxfiliyinin qorunması.

İş şəraiti:

  • İş yeri: Bakı şəh, Əli Vəliyev küç 1 ;
  • Əməkhaqqı: müsahibə əsasında təyin ediləcəkdir;
  • 5 günlük iş qrafiki.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzuda 1 C administrator yazaraq göndərə bilərlər.

Tələblər

  • 1C ERP proqram təminatı və inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi;
  • Rus dili – səlis səviyyədə;
  • MS Office proqramları biliyi;
  • MS Windows əməliyyat sistemləri üzrə inzibatçılıq bacarığı;
  • MS SQL verilənlər bazası haqqında biliklər;
  • 1C proqram təminatı üzrə əsas biliklər;
  • İnformasiya texnologiyalarının Helpdesk səviyyəsində biliklər;
  • Ezamiyyətlərə açıq olmaq.