AzTelco Group

1C Administratoru (1C Admin)

AzTelco Group
Ə/h razılaşma ilə
863
Tam iş günü
Bakı, Azərbaycan
20.10.2025 04:46 - 20.11.2025 12:00

İş haqqında məlumat

Sistem İdarəetməsi və Dəstəyi

  • 1C proqram təminatının quraşdırılması, aparılması və yenilənməsi;
  • 1C sisteminin dayanıqlı və fasiləsiz işləməsinin təmin edilməsi;
  • Performansın izlənməsi və mümkün risklərin qarşısının alınması.

İstifadəçi İdarəetməsi

  • İstifadəçi hesablarının yaradılması, rolların və giriş səlahiyyətlərinin idarə olunması;
  • 1C istifadəçilərinə gündəlik texniki dəstəyin göstərilməsi;
  • Problemlərin təhlili və operativ həlli.

Məlumat İdarəolunması və Təhlükəsizliyi 

  • Məlumatların mühafizəsi və təhlükəsiz saxlanmasının təmin edilməsi;
  • Mütəmadi olaraq ehtiyat məlumatların çıxarılması və bərpa planlarının hazırlanması;
  • Daxili siyasətlərə uyğun olaraq məlumat təhlükəsizliyinə nəzarət;
  • Uyğunlaşdırma və İnkişaf (əgər tələb olunursa)
  • Tələbat olduqda hesabatların və formaların uyğunlaşdırılması;
  • Yeni funksionallıqların tətbiqi zamanı İT və ya maliyyə komandası ilə əməkdaşlıq.

Əlaqələndirmə və Sənədləşmə

  • Maliyyə, İnsan Resursları və digər bölmələrlə sıx əməkdaşlıq;
  • Görülən işlərin sənədləşdirilməsi (daxili təlimatlar, konfiqurasiya qeydləri və s.);
  • Lazım gəldikdə, 1C üzrə xarici texniki dəstək komandası ilə əlaqələndirmə.

İş şəraiti

  • İş yeri: Çinar Plaza, Bakı, Azərbaycan;
  • İş rejimi: Tam ştat (Ofisdə);
  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00 – 18:00.

Biz sənə nə təklif edirik?

  • İnnovativ və dəstəkləyici iş mühiti;
  • Gənc və enerjili komanda ilə işləmək fürsəti;
  • Öz ideyalarını reallaşdırmaq və dəyər qatmaq imkanı;
  • Şirkət tərəfindən təmin olunan nahar;
  • Könüllü tibbi sığorta;
  • Korporativ nömrə.

Maraqlanan namizədlər CV-lərini “1C Administratoru ( 1 C Admin)” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • İnformasiya texnologiyaları, Kompüter elmləri, Maliyyə, Mühasibatlıq və ya digər əlaqəli sahə üzrə ali təhsil;
  • 1C proqramları ilə minimum 2–3 il təcrübə;
  • 1C sistemlərinin aparılması, istifadəçi dəstəyi və hesabatların hazırlanması üzrə bilik;
  • Mühasibat, insan resursları və ya anbar uçotu üzrə əsas anlayışlar;
  • Problemləri analiz etmək və həll etmək bacarığı;
  • Məlumat bazaları (məsələn, MS SQL, PostgreSQL) haqqında ümumi biliklər;
  • Komanda ilə işləmə və sənədləşdirmə bacarığı.