Barkod Electronics

1C ERP üzrə mütəxəssis

Barkod Electronics
Ə/h razılaşma ilə
2325
Tam iş günü
Bakı, Azərbaycan
18/05/2026 - 01/06/2026

İş haqqında məlumat

  • 1С ERP proqram təminatında istifadəçi profillərinin təşkili;
  • Təqdim edilmiş tələblərə uyğun olaraq istifadəçilərə hüquqlarının verilməsi;
  • 1С ERP istifadəçilərin təlimi və konsultasiyası;
  • 1С ERP infrastrukturunun optimallaşdırılması və yenilənməsi işlərində iştirak etmək;
  • Yeni texnologiyaların və 1C xidmətlərinin sınaqdan keçirilməsində, tətbiqində iştirak etmək;
  • Məsuliyyət dairəsi daxilində informasiya sistemlərinin və bazalarının işləkliyini təmin etmək;
  • Həm standart, həm də qeyri-standart konfiqurasiyalar üçün platformanın və 1C konfiqurasiyalarının (hazırlanması və yenilənməsi), uçot siyasətinə və qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
  • 1С ERP, MS SQL serverinin quraşdırılması, konfiqurasiyası və texniki xidməti;
  • 1С ERP-nin işləmə və sınaqdan keçirilməsinin operativliyinin təmin edilməsi (arxivləşdirmə, surət çıxarma, bərpa və s. fəaliyyətlər);
  • Yeni hesabat formalarının, çap formalarının, sənədlərin işlənib hazırlanması və mövcud olanlara yenidən baxılması və texniki tapşırıqlara uyğun işlənməsi;
  • 1С ERP-nin tətbiqi, təkmilləşdirilməsi və saxlanması üzrə layihələrdə iştirak;
  • Digər 1С ERP və xarici informasiya sistemləri ilə mübadilələrin qurulması;
  • Biznes proseslərinin avtomatlaşdırılması;
  • Mövcud və yeni yaradılmış sənədlərlə, hesabatlarla, emallarla işləmək üçün şirkətin kadrlarının hazırlanması;
  • Təkmilləşdirmə üçün istifadəçilərdən müraciətlərin qəbulu və bu cür imkanların qiymətləndirilməsi.

İş şəraiti

  • Ərazi: Bakı
  • İş günləri: I–V günlər
  • İş saatı: 09:00 – 18:00
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • Karyera inkişafı və peşəkar inkişaf imkanları

Tələblər

  • Yaş: 25–45
  • Ali təhsil
  • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi
  • 1C  UNF üzrə biliklər
  • MS Office və 1C proqramlarında sərbəst işləmək bacarığı
  • Analitik düşüncə və problemləri həll etmə bacarığı
  • Komandada işləmək bacarığı
     

Qeyd

  • 1C proqramlaşdırma bilikləri arzuolunandır
  • 1C ERP və 1C UNF üzrə biliklər arzuolunandır
  • UNF sistemi ilə işləmə təcrübəsi arzuolunandır

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.