İş haqqında məlumat
Adentta 2019-cu ildən etibarən Bakıda fəaliyyət göstərən, stomatologiya və xüsusilə implantologiya sahəsində ixtisaslaşmış distribütor şirkətdir. Biz qlobal miqyasda tanınmış stomatoloji brendlərlə əməkdaşlıq edərək, keyfiyyətli və innovativ məhsulların idxalı və satışını həyata keçiririk.
İşin təsviri:
Ofis Meneceri şirkətin satış və inventar əməliyyatlarının idarə olunmasına, 1C proqramında mühasibat və anbar əməliyyatlarının düzgün icrasına, hesabatların hazırlanmasına və rəhbərliyə təqdim edilməsinə cavabdeh olacaq.
- 1C proqramında alış-satış qaimələrinin, müqavilə və aktların hazırlanması
- Gündəlik kassa, bank və depozit əməliyyatlarının sistemə işlənməsi
- Elektron qaimələrin göndərilməsi və qarşı tərəflərlə üzləşmələrin aparılması
- Gömrük (YGB) sənədlərinin 1C-yə daxil edilməsi və arxivləşdirilməsi
- Sənədlərin düzgün qaydada və tarixlər üzrə arxivlənməsinin təmin edilməsi
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- İş ünvanı: Bakı şəhəri, Səməd Vurğun küçəsi (mağaza back office)
- Əmək haqqı: Fiks 800 AZN və rüblük bonus
Tələblər
- Ali təhsil
- 1C proqramında sərbəst işləmək bacarığı
- Excel-də hesabat, cədvəl və formullarla işləmə bacarığı
- Satış və mal hərəkəti üzrə analiz aparmaq bacarığı
- Dəqiqlik və məsuliyyətlilik
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.