A plus supermarketlər şəbəkəsi

1C Mütəxəssis

A plus supermarketlər
Ə/h razılaşma ilə
696
Tam iş günü
Bakı, Azərbaycan
25/02/2026 - 11/03/2026

İş haqqında məlumat

  • Mağazalarda 1C proqram təminatının quraşdırılması, sazlanması və işə salınması;
  • 1C Retail və digər mühasibat modullarında yaranan texniki nasazlıqların diaqnostikası və operativ şəkildə aradan qaldırılması;
  • İstifadəçi hüquqlarının idarə olunması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi;
  • Məlumat bazalarının ehtiyat nüsxələrinin (backup) yaradılması və bərpası prosesinə nəzarət;
  • Proqram təminatının yenilənmələrinin tətbiqi və yeni funksionallıqların işə salınması;
  • 1C ilə inteqrasiya olunan kassa sistemləri, barkod skanerləri, çəkilər və digər avadanlıqların düzgün işləməsinin təmin olunması;
  • Filiallardan gələn texniki sorğuların qəbul edilməsi, qeydiyyata alınması və həllinə nəzarət;
  • Yeni filialların açılış prosesində 1C proqram təminatının qurulması;
  • Sistem performansının izlənməsi və optimallaşdırılması üçün təkliflərin hazırlanması;
  • IT və Mühasibatlıq şöbəsi ilə sıx əməkdaşlıq edərək iş proseslərinin fasiləsizliyinin təmin edilməsi.

İş şərtləri:

  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İstirahət günləri: Şənbə və Bazar.
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin ediləcək.

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
  • 1C proqram təminatı (xüsusilə 1C Retail sahəsində) üzrə minimum 2 il iş təcrübəsi;
  • 1C proqramlaşdırma üzrə kodlaşdırma biliklərinin olması üstünlükdür;
  • MS SQL Server və digər verilənlər bazası idarəetmə sistemləri üzrə biliklər;
  • Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı;
  • Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı;
  • Avtomobil və sürücülük vəsiqəsinin olması mütləqdir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.