Superfon

1C operator

Superfon
Ə/h razılaşma ilə
379
Tam iş günü
Bakı, Azərbaycan
04/06/2026 - 18/06/2026

İş haqqında məlumat

Şirkətin 1C proqramında satış, alış, anbar və məhsul hərəkətləri ilə bağlı məlumatların vaxtında və düzgün daxil edilməsini təmin etmək, sənədlərin sistemdə uçotunu aparmaq və məlumatların dəqiqliyini qorumaq.

  • Şirkətdə baş vermiş bütün təsərrüfat və uçot əməliyyatlarının gündəlik olaraq 1C proqramına düzgün və vaxtında daxil edilməsi;
  • Müvafiq məlumatlar əsasında gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Uçot məlumatlarının düzgünlüyünə nəzarət və aşkar edilmiş uyğunsuzluqlar barədə aidiyyəti şəxslərin məlumatlandırılması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi;
  • Digər şöbələrdən daxil olan sənədlərin yoxlanılması və 1C sistemində işlənilməsi;
  • Elektron və kağız daşıyıcılarda olan sənədlərin uçotunun aparılmasına dəstək göstərilməsi.

Təminatlar:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
  • Dinamik və peşəkar iş mühiti;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Korporativ mobil nömrə və danışıq limiti;
  • Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.

Tələblər

  • 1C proqramı ilə işləmək üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali və ya orta ixtisas təhsili (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
  • Mühasibatlıq, maliyyə və ya uçot sahəsində iş təcrübəsi;
  • MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı işləmə bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və operativlik;
  • Sənədlərlə işləmə və məlumatların dəqiq daxil edilməsi bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.


Oxşar vakansiyalar