FM

1C OPERATOR

FKT MMC
600 - 700 ₼
237
Tam iş günü
Sumqayıt, Azərbaycan
28/08/2026 - 11/09/2026

İş haqqında məlumat

  • 1C 8.3 proqramında gündəlik əməliyyatların (alış, satış, anbar, qaytarma) düzgün və vaxtında aparılması;
  • Məhsul və müştəri məlumatlarının 1C sisteminə daxil edilməsi və yenilənməsi;
  • Anbar qalıqlarının izlənilməsi və sistem üzrə nəzarətin həyata keçirilməsi;
  • Qaimə, hesab-faktura və təhvil-təslim aktlarının hazırlanması;
  • Gündəlik və aylıq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Kassa, bank və ödəniş əməliyyatlarının 1C sistemində qeydiyyata alınması;
  • Sənədlərin düzgün şəkildə arxivləşdirilməsi;
  • Debitor borclar üzrə üzləşmələrin aparılması və məlumatların yoxlanılması;
  • Sistem üzrə yaranan uyğunsuzluqların vaxtında müəyyən edilməsi və rəhbərliyə bildirilməsi.
     

Tələblər

  • Xanım namizədlər;
  • Ali və ya orta ixtisas təhsili (mühasibatlıq, maliyyə və iqtisadiyyat üzrə təhsil üstünlükdür);
  • 1C proqramı ilə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək.

 Şəxsi keyfiyyətlər

  • Diqqətli və məsuliyyətli olmaq;
  • Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Vaxtı düzgün idarə etmək;
  • Yeni bilik və bacarıqları öyrənməyə açıqlıq.

 İş şəraiti

  • İş yeri: Sumqayıt şəhəri;
  • Əmək haqqı: 600–700 AZN;
  • İş qrafiki: 6 günlük iş həftəsi, 09:00–18:00;
  • Qış aylarında 5 günlük iş rejimi;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi sənədləşmə;
  • Rahat ofis mühiti;
  • Mehriban kollektiv;
  • Peşəkar inkişaf və iş prosesində dəstək.