Bakı,
Azərbaycan
02/06/2026
-
16/06/2026
İş haqqında məlumat
- 1C konfiqurasiyaları (mühasibat, kadrlar, uçot, ERP) istifadəçi ehtiyaclarını təhlil edərək onları funksional və texniki tapşırıqlara çevirmək, biznes proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə həllər hazırlamaq, həmçinin istifadəçilər və proqramçılar arasında effektiv koordinasiyanı təmin etmək. Məqsəd şirkətin əməliyyat fəaliyyətinin səmərəliliyini artırmaq, uçot proseslərinin düzgünlüyünü təmin etmək və informasiya sistemlərinin inkişafına dəstək verməkdir.
İşin təsviri:
- 1C konfiqurasiyaları (mühasibat, kadrlar, uçot, ERP) istifadəçilərindən tələblərin toplanması və təhlili
- Biznes proseslərinin təsviri və 1C proqramçılarına tapşırıqların verilməsi
- Təkmilləşdirmə və inteqrasiyalar üçün texniki tapşırıqların (TT) hazırlanması
- İstifadəçilərə məsləhət verilməsi, təlimin keçirilməsi və təlimatların hazırlanması
- 1C ilə xarici sistemlər arasında inteqrasiyaların layihələndirilməsində iştirak
- Təkmilləşdirmələrin sınaqdan keçirilməsi və tapşırıqların qəbul edilməsi
- Görülən işlər üzrə hesabatların hazırlanması
İş şərtləri
- İş qrafiki: 09:00–18:00
- Məşğulluq növü: tam ştat / 5 iş günü
Biz təklif edirik:
- Rəqabətli əmək haqqı
- Stabil və peşəkar iş mühiti
- Karyera və peşəkar inkişaf imkanları
Tələblər
- Təhsil: İnformasiya Texnologiyaları, Tətbiqi Riyaziyyat, Kompüter Elmləri, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
Iş təcrübəsi: 1C analitiki kimi minimum 3 il iş təcrübəsi; - 1C konfiqurasiyalarından ən azı ikisi üzrə iş təcrübəsi və tətbiqi məntiqini bilmək (KA, ERP, BP, ZUP);
- 1C 8.3 platformasının əsas arxitekturası və obyektləri üzrə biliklər (sənədlər, məlumat kitabçaları, registrlər və s.);
- SQL üzrə baza bilikləri və məlumatların təhlili bacarığı;
- Jira, Confluence və ya analoji layihə idarəetmə sistemləri ilə işləmə təcrübəsi;
- Mühasibat, vergi, kadr və anbar uçotu prosesləri barədə biliklər;
- Dil bacarıqları: Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı, İngilis dili üstünlükdür
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.