Element Construction MMC

3 Aylıq Təcrübə Proqramı — Təcrübəçi Mühasib

Element Construction MMC
Ə/h razılaşma ilə
405
Tam iş günü
Bakı, Azərbaycan
26/08/2026 - 09/09/2026

İş haqqında məlumat

Element Construction MMC mühasibatlıq sahəsində özünü inkişaf etdirmək və praktiki biliklər qazanmaq istəyən namizədlər üçün 3 aylıq ödənişsiz Təcrübəçi Mühasib proqramı elan edir.
Təcrübə proqramı haqqında

  • Müddət: 3 ay
  • Ödəniş: Ödənişsiz
  • Şirkət: Element Construction MMC
  • İş saatları: Namizədlə qarşılıqlı razılaşma əsasında müzakirə edilərək müəyyən edilə bilər.

Təcrübə proqramı müddətində

  • İştirakçı mühasibatlıq üzrə praktiki iş prosesləri ilə tanış olacaq, sənədlər və Excel faylları ilə işləyəcək, real iş mühitində təcrübə qazanacaq və peşəkar bacarıqlarını inkişaf etdirəcək.

Proqramın sonunda

  • Təcrübə proqramını uğurla başa vuran iştirakçıya Element Construction MMC tərəfindən təcrübə proqramını təsdiq edən sertifikat təqdim edilə bilər.
  • Proqram müddətində özünü müsbət tərəfdən göstərən və şirkətin tələblərinə uyğun olan namizədlər üçün gələcəkdə əməkdaşlıq və iş imkanı nəzərdən keçirilə bilər.

Tələblər

  • Yaş həddi: 18–25 yaş;
  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsilini bitirmiş olmaq;
  • Microsoft Word və Excel proqramlarında işləmə bacarığı;
  • Excel-də məlumatlarla işləmə və riyazi hesablamalar aparmaq bacarığı;
  • Güclü analitik düşünmə qabiliyyəti;
  • Yüksək riyazi və hesablama bacarığı;
  • Diqqətli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq;
  • Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.