3-cü Tərəf Laboratoriya üzrə aparıcı mühəndis (Tikinti Layihəsi)
Caspian Engineering Solutions MMC
Ə/h razılaşma ilə
1437
Tam iş günü
Bakı,
Azərbaycan
16/12/2025
-
23/12/2025
İş haqqında məlumat
- Sifarişçi tərəfindən aparılan torpaq, beton və digər material sınaqlarını yoxlamaq və nəticələri qiymətləndirmək.
- Sınaqların layihə spesifikasiyalarına və keyfiyyət standartlarına uyğunluğunu təsdiq etmək.
- Aşkar edilmiş keyfiyyət və ya proses pozuntularını sənədləşdirmək və layihə menecerinə və QC komandaya hesabat vermək.
- Müstəqil laboratoriya testləri aparmaq və sınaq metodlarının düzgün tətbiqini təmin etmək.
- Gündəlik və ya həftəlik laboratoriya QC hesabatları hazırlamaq.
- Test nümunələrinin götürülməsi, saxlanması və analiz üçün laboratoriyaya göndərilməsini izləmək.
- Layihə komandası və sifarişçi ilə əməkdaşlıq edərək təklif olunan düzəliş və tədbirləri izləmək.
- Yerli və beynəlxalq keyfiyyət standartları və laboratoriya prosedurlarına riayət etmək.
Tələblər
- Ali təhsil (Geotexnika, Tikinti və ya müvafiq mühəndislik sahəsi).
- Laboratoriya testləri və sınaqlar üzrə təcrübə, xüsusilə torpaq və beton sahəsində.
- Müstəqil iş bacarığı və keyfiyyət standartlarını tətbiq etmək təcrübəsi.
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel).
- Təhlil, hesabat hazırlama və problem həll etmə bacarığı.
- Layihə sahəsində 3-cü tərəf kimi çalışmaq təcrübəsi üstünlükdür.
Müraciət:
CV-nizi “Aparıcı laboratoriya mühəndisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.