

A-Solutions - Kampaniyaların Idarəedilməsi üzrə Mütəxəssis
Azercell
Ə/h razılaşma ilə
584
Tam iş günü
Bakı,
Azərbaycan
07.10.2025 03:54
-
07.11.2025 12:00
İş haqqında məlumat
- Müştəri məmnuniyyəti və loyallığının artırılması məqsədi daşıyan geniş CRM strategiyası hazırlamaq, tətbiq etmək və idarə etmək;
- CRM sistemini saxlamaq, məlumatların dəqiqliyi və tamlığını təmin etmək və lazım gəldikdə, istənilən texniki problemləri həll etmək;
- Müştəri davranışlarını təhlil etmək və müştəri təcrübəsinin inkişaf etdirilməsi imkanlarını müəyyənləşdirmək üçün toplanan məlumatlardan istifadə etmək;
- CRM strategiyasının ümumi biznes strategiyasına daxil edilməsini təmin etmək üçün satış, marketinq və müştəri xidmətləri kimi şöbələrlə sıx əməkdaşlıq etmək;
- CRM strategiyasının effektivliyinə nəzarət etmək və qiymətləndirmək, təkmilləşdirilməsinə dair tövsiyələr vermək;
- Müştərilərin cəlb edilməsi və davranışı ilə bağlı əsas göstəriciləri izləmək və təhlil etmək üçün hesabatlar hazırlamaq və idarə panelləri yaratmaq.
Tələblər
- CRM konsepsiyası və bu sahədə üstün təcrübələr haqqında geniş biliyə malik olmaq;
- Salesforce, Zoho CRM və ya HubSpot kimi CRM proqramları üzrə texniki bacarıq və təcrübəyə malik olmaq;
- Iris, Stata, Python, Tableu və Power BI kimi məlumat təhlili mexanizmləri/proqramları üzrə texniki bacarıq və təcrübəyə malik olmaq;
- Microsoft Excel proqramı üzrə üstün biliyə malik olmaq;
- Yüksək səviyyədə məlumat təhlili, şərhi və hesabat vermə bacarığına malik olmaq;
- Layihə idarəetmə və təşkilatçılıq bacarığına malik olmaq;
- Üstün ünsiyyət və şəxslərarası kommunikasıya bacarığına malik olmaq;
- Şöbələrarası komandalarla sıx əməkdaşlıq etmək və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığına malik olmaq;
- Problem həll etmə və tənqidi düşüncə tərzinə malik olmaq;
- Biznes təcrübələrinin yaradılması, müştəri axınının proqnozlaşdırılması və gündəlik çatdırılmaların avtomatlaşdırılması sahəsində təcrübəyə malik olmaq.