Bakı,
Azərbaycan
21/05/2026
-
04/06/2026
İş haqqında məlumat
- Netant reklam agentliyinə Account Manager axtarılır. Seçilən namizəd agentliyin müştəriləri ilə işləyəcək — həm offline (event təşkili, promo kampaniyalar), həm də digital istiqamətlər üzrə.
- Həm bu sahədə təcrübəsi olan, həmçinin də təcr
- Mövcud müştəri bazası ilə gündəlik ünsiyyət və yazışma (əsasən e-mail vasitəsilə);
- Media strategiyalarının hazırlanmasında iştirak, media planların tərtibi və icrası;
- Reklamın müxtəlif platformalarda və KİV-də yerləşdirilməsi və nəticələrin analizi;
- Offline fəaliyyətlərin — event təşkili və promo kampaniyaların — koordinasiyası;
- Reklam kampaniyalarının gedişatına nəzarət və müntəzəm hesabatların hazırlanması;
- Müştərilər üçün təqdimatların və yeni reklam alətlərinin hazırlanması.
Qeyd: Vəzifə yeni müştəri axtarışı və cəlb edilməsini Tələb etmir.
İş şəraiti
- 5 günlük iş həftəsi, iş saatları: 10:00 – 18:00;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Şəhərin mərkəzində, əlverişli yerdə müasir ofis;
- Gənc, peşəkar, yaradıcı və gülərüz kollektiv;
- Beynəlxalq standartlara uyğun hazırlıq və daxili treninqlər;
- Karyera artımı perspektivi.
Əmək haqqı
- Əmək haqqının səviyyəsi fərdi qaydada, müsahibənin nəticələrinə əsasən — namizədin təcrübəsi, bilik və bacarıqlarından asılı olaraq müəyyən edilir.übəsi olmayan, lakin inkişaf potensialı yüksək olan namizədlərin CV-lərinə baxılacaq. Şirkətdə perspektivli işçilər üçün treninqlər keçirilir.
Tələblər
- Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma; ingilis dili — orta və yuxarı səviyyədə;
- İqtisadiyyat, marketinq, menecment, riyaziyyat və ya texniki sahədə ali təhsil üstünlükdür;
- Microsoft Office paketi (Excel, PowerPoint, Word, Outlook) ilə peşəkar səviyyədə işləmə bacarığı;
- Süni intellekt (AI) alətlərindən iş prosesində istifadə bacarığı;
- Analitik düşüncə tərzi — rəqəmlər, cədvəllər və verilənlər bazası ilə rahat işləmək;
- Marketinq kommunikasiyaları və reklam sahəsində geniş dünyagörüşü;
- Digital reklam alətləri (Google Ads, Facebook Ads Manager, Google Analytics) ilə tanışlıq üstünlükdür;
- İşgüzar yazışma (business correspondence) və şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, məqsədyönlülük, komandada işləmə bacarığı və davamlı inkişaf istəyi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.