Bakı,
Azərbaycan
25/05/2026
-
08/06/2026
İş haqqında məlumat
Restoran sahəsində təcrübəli, məsuliyyətli və idarəetmə bacarığı olan Administratorları komandamıza qoşulmağa dəvət edirik.
- Restoranın gündəlik fəaliyyətinin koordinasiya olunması
- Personalın işinə nəzarət və iş prosesinin düzgün təşkili
- Qonaqların yüksək səviyyədə qarşılanması və xidmət keyfiyyətinə nəzarət
- Müştəri müraciət və şikayətlərinin vaxtında həll edilməsi
- Restoran daxilində xidmət və nizam-intizamın qorunması
- Banket menyularının hazırlanması və sifarişlərin idarə olunması
- Banket, tədbir və xüsusi qonaqlı rezervasiyaların təşkil edilməsi və prosesə nəzarət
- A la carte xidmət prosesinin düzgün idarə olunmasına nəzarət
- Komanda daxilində koordinasiyanın təmin olunması
- Rəhbərliyə görülən işlər üzrə məlumat təqdim edilməsi
Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.
Tələblər
- Restoran sahəsində minimum 3 il iş təcrübəsi (qeyd olunan sahə üzrə)
- Banket və A la carte restoranlarında iş təcrübəsi mütləqdir
- Dil bilikləri: rus dili mütləq, ingilis dili biliyi üstünlük hesab olunur
- Güclü ünsiyyət və təşkilatçılıq bacarığı
- Komandaya rəhbərlik və iş prosesini idarə etmək bacarığı
- Operativ qərarvermə və məsuliyyətli yanaşma
- Xidmət standartları və qonaq məmnuniyyəti üzrə təcrübə
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.