Providence Doytch Limited

Ağır texnika koordinatoru

Providence Doytch Limited
1000 ₼
3827
Tam iş günü
Cəbrayıl, Azərbaycan
01/12/2025 - 01/01/2026

İş haqqında məlumat

Planlaşdırma və Koordinasiya:

  • Ağır texnikanın gündəlik, həftəlik və aylıq iş qrafikinin hazırlanması;
  • Texnikanın obyektlər üzrə optimal şəkildə bölüşdürülməsi;
  • Texnika operatorlarının koordinasiyası və iş bölgüsünün təşkili;
  • Texnikanın yüklənmə və boşalma proseslərinin nəzarəti.

Texniki Nəzarət:

  • Texnikanın texniki vəziyyətinə gündəlik və dövri nəzarətin təşkili;
  • Planlı texniki baxışların (PTO, servis, yağlama və s.) vaxtında həyata keçirilməsinə nəzarət;
  • Nasazlıq hallarında texniki xidmət qrupunun işini koordinasiya etmək;
  • Texnikanın ehtiyat hissələrinin vaxtında təmin olunmasını təşkil etmək.

Təhlükəsizlik və Qəza İdarəetməsi:

  • Texnika operatorlarının təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət;
  • Qəza, nasazlıq və fors-major halları ilə bağlı operativ tədbirlərin həyata keçirilməsi;
  • Texnika ilə bağlı əməliyyat risklərinin qiymətləndirilməsi və azaldılması üçün tədbirlərin təşkili.

Hesabatlılıq və Sənədləşmə:

  • Texnikanın günlük və aylıq iş hesabatlarının hazırlanması;
  • Yanacaq sərfiyyatı, iş saatı və texniki xidmət jurnallarının aparılması;
  • Texnika üzrə xərc analizi və optimizasiya təkliflərinin hazırlanması.

İş şəraiti:

  • İş yeri: Cəbrayıl rayonu
  • Əmək haqqı: 1000 azn

Tələblər

  • Texniki sahə üzrə ali və ya orta ixtisas təhsili (üstünlük verilir);
  • Ağır texnika ilə iş üzrə minimum 2–5 il təcrübə;
  • Ağır texnikanın quruluşu və iş prinsipləri haqqında biliklər;
  • Texniki xidmət prosesləri (servis, PTO və s.) barədə məlumatlılıq;
  • GPS izləmə və texnika nəzarət sistemləri ilə işləmək bacarığı;
  • MS Office (Excel, Word) bilikləri;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək məsuliyyətlilik və detallara diqqət.

Maraqlanan namizədlər cv-lərini "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar