Bakı,
Azərbaycan
09/09/2026
-
23/09/2026
İş haqqında məlumat
İş şəraiti
- İş yeri: Abşeron rayonu Əliağa Vahid 1B (Masazır dairəsi)
- İş qrafiki 5 günlük iş həftəsi, 09:00-18:00-a dək
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin olunacaq.
- Nahar fasiləsi: 13:00-14:00,
- Nahar müəssisə tərəfindən təmin edilir.
Əsas vəzifələr:
- Süni intellekt texnologiyalarından istifadə etməklə şirkətin müxtəlif rəqəmsal və kreativ layihələrinin hazırlanması;
- AI vasitəsilə veb-saytların hazırlanması, yenilənməsi və inkişaf etdirilməsi;
- Hazır saytların dizaynının, funksionallığının və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi;
- AI vasitəsilə foto, video, reklam çarxları, animasiyalar, bannerlər, sosial media kontentləri və digər vizual materialların hazırlanması;
- Məhsul şəkillərinin AI ilə yaradılması, dəyişdirilməsi və peşəkar şəkildə redaktə olunması;
- Sosial şəbəkələr üçün kreativ Reels, Story, post və reklam materiallarının hazırlanması;
- Şirkətin müxtəlif layihələri üçün AI-dan istifadə etməklə təqdimatlar, mətnlər, dizaynlar və digər rəqəmsal materialların hazırlanması;
- AI vasitəsilə iş proseslərinin avtomatlaşdırılması və şirkətin iş effektivliyinin artırılması;
- Yeni AI proqramlarını, platformalarını və texnologiyalarını araşdırmaq və iş prosesinə tətbiq etmək;
- Texniki və kreativ tapşırıqları AI alətlərindən istifadə etməklə müstəqil şəkildə həll etmək;
- Ehtiyac olduqda sadə proqramlaşdırma və kodlaşdırma işlərini AI dəstəyi ilə həyata keçirmək;
- Şirkətin veb, sosial media, reklam və digər rəqəmsal layihələrində texniki dəstək göstərmək.
Tələblər
- Süni intellekt alətləri ilə işləmək üzrə güclü praktiki bacarıq;
- AI-dan istifadə etməklə *sıfırdan sayt hazırlaya bilmək*;
- HTML, CSS, JavaScript və müasir web texnologiyaları barədə anlayış;
- ChatGPT, Claude, Gemini, GitHub Copilot və digər AI platformalarından effektiv istifadə bacarığı;
- Photoshop, Canva, CapCut, Premiere Pro və digər dizayn/video proqramlarında işləmək bacarığı üstünlükdür;
- AI vasitəsilə foto və video generasiya edə bilmək;
- Kreativ düşüncə və güclü vizual zövq;
- Yeni proqram və texnologiyaları sürətli öyrənmək bacarığı;
- Problemləri müstəqil şəkildə araşdırıb həll edə bilmək;
- Portfolio təqdim etmək.